Fon yüklənir...
Загрузка...

Yuxu üçün ən ideal poza

Загрузка...
Yuxu üçün ən ideal    poza

Üzüqoylu yatmaq bel və boyun ağrılarına niyə səbəb olur? Optimal yuxu üçün ən yaxşı yuxu pozası hansıdır və belə yatmağı necə öyrənmək olar? 

Düzgün yuxunun vacibliyi

Həyatımızın 1/3 hissəsini yuxuda keçirdiyimiz üçün bu zaman kəsiyini orqanizmin bərpası üçün səmərəli istifadə etməliyik. Yataq rahat olmalıdır, yataq otağı qaranlıq və yaxşı havaldırılmış olmalıdır və düzgün poza.

Bundan başqa səhv yuxu pozası baş ağrılarına, nəfəs kəsilmələrinə, qıcqırma və mədə ağrılarına, ən əsası da xorultuya səbəb olur.

Üzüqoylu: ən təhlükəli poza

Baxmayaraq ki, üzüqoylu yatmaq həzmi yaxşılaşdırır və xorultudan qoruyur, bu adət sizdə boyun və onurğa ağrılarına gətirib çıxarda bilər. Bütün məsələ ondadır ki, bu pozada başınızı daim yana çevirməli olursunuz ki, nəfəs almaq mümkün olsun.

Belə yataraq adətən əliniz balışın altında, bir ayağınız isə dizdən qatlanmış olur. Nəticədə boyun və çiyin əzələlərinə güc düşür və onurğanız əyilir. Belə vəziyyətdə yatmağı adət edənlərdə bel ağrıları zaman məsələsidir.

Üzüqoylu yatmaq niyə rahatdı?

Həkimlər hesab edirlər ki, belə pozada yatanlar, yuxu zamanı daha az oksigenə ehtiyacı olanlardır. Beləki, bel üstündə yatan zamandan fərqli olaraq, üzüqoylu yatan zaman ciyərlərə daha az oksigen gedir. Üstəlik bu hal xorultunu da azaltmış və bəzən də sıfıra endirmiş olur.

Bel üstündə yatmaq: ideal poza

Nəfəs alma və xorultu problemləri olan insanlar istisna omaqla, bel üstündə yatmaq ən ideal hesab olunur. Bu vəziyyətdə onurğa düz qalır və orqanizm daha yaxşı bərpa olunur.

Unutmayın ki, bu halda balış maksimum nazik və döşək minimum yumuşaq olmalıdır (lakin bərk yox). Dizaltı və belaltı əlavə balışlar yuxunuzu daha rahat edəcəkdir.

Yan yatmaq

Yan yatmaq da ideal sayıla bilər. Hansı tərəfə yan yatdığınız önəm kəsb edir. Sağ tərəfə yatdığınız zaman qıcqırma baş verə bilər, sol tərəfdə yatmaq isə mədədə turşuluğu azaldır və refleks xəstəlikləri zamanı xeyirlidir.

Əllər bu vəziyyətdə bədənə paralel uzadılmalı, balış altına qoyulan zaman boynunuza güc düşə bilər. Əgər əllərinizi uzatmaq sizə rahat gəlmirsə, ikinci balışı qucaqlaya bilərsiniz.

Əlavə balışlar

Balaca balışların istifadəsi istənilən pozada yuxunu daha da yaxşılaşdırır. Əgər siz bel üstündə yatırsınız isə, dizaltı orta ölçülü və belaltı kiçik balışdan istifadə edin. Yan yatarkən ayaqlar arasında sıxılmış balış pozanı daha rahat edəcək. Üzüqoylu yatırsınız isə qarnınızın aşağı hissəsinə orta ölçülü balış qoyaraq, onurğanıza düşən gücü azalda bilərsiniz.//idol.az

Joy.az

Загрузка...
loading...
Загрузка...