Loading...
Vərəm Bakının hansı rayonlarında daha çox yayılıb?  - Siyahı

Vərəm Bakının hansı rayonlarında daha çox yayılıb? - Siyahı

Loading...
Vərəm Bakının hansı rayonlarında daha çox yayılıb?  - Siyahı

2014-cü ildə Bakı şəhəri və rayonları üzrə 10 071 nəfərdə su çiçəyi, 494 nəfərdə ağciyər vərəmi, 287 sakində kəskin və xroniki süzənək, 155 nəfərdə viruslu hepatitlər aşkarlanıb.

"Report" Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, Bakının rayonları üzrə ən çox ağciyər vərəminə yoluxma halı (82 nəfər) Sabunçu rayonunda qeydə alınıb. Sonrakı yerlərdə 59 faktla Yasamal, 55 yoluxma ilə Qaradağ, 51 yoluxma ilə Xəzər rayonu gəlir. Həmin xəstəlikdən ən az yoluxma halı hər birində 24 fakt olmaqla Nizami və Səbail rayonlarında qeydə alınıb.

Su çiçəyi xəstəliyinə daha çox yoluxma halı (1 637 nəfər) Yasamal rayonunda qeydə alınıb. Sonrakı yerdə 1266 yoluxma faktı ilə Binəqədi, 1 084 yoluxma ilə Suraxanı, 994 faktla Nizami rayonu gəlir.

Viruslu hepatitlərə isə daha çox Sabunçu əhalisi yoluxub. Sabunçuda 2014-cü ildə 34, Binəqədidə 20, Xəzər rayonunda 17, Yasamalda 18 fakt qeydə alınıb. Viruslu hepatitlərə ən az yoluxma halı (4 fakt) Səbail rayonunda qeydə alınıb. İkinci yerdə 5 faktla Xətai, 8 faktla Nizami rayonları olub.  

Joy.az

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR