Fon yüklənir...
Загрузка...

Maşını əlindən alınan kişi özünü yandırdı

Загрузка...
Maşını əlindən alınan kişi özünü yandırdı

Göygöl rayon sakini özünü yandırıb. 

AzNews.az xəbər verir ki, Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından ans press-ə verilən məlumata görə, hadisə Gəncə şəhərində- Dövlət Yol Polisi Şöbəsinin yaxınlığında qeydə alınıb.

Göygöl rayonunun Quşqara kənd sakini, 1970-ci il təvəllüdlü Nəzər Tofiq oğlu Məmmədəliyev üzərinə benzin tökərək özünü yandırıb. O, dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Xəstəxanada ilkin yardım göstərilən 46 yaşlı kişi Bakıdakı Respublika Yanıq Mərkəzinə göndərilib.

Mərkəzdən N. Məmmədəliyevin vəziyyətinin ağır olduğunu bildirdilər.

Yerli mətbuatın yaydığı məlumata görə, N. Məmmədəliyevin avtomobilini yol polisi əməkdaşları cərimə meydançasına aparıblar. O, avtomobilinin yanına buraxılmadığına görə etiraz əlaməti olaraq özünü yandırıb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Joy.az

Загрузка...
loading...
Загрузка...