Loading...
​Türkiyədə partlayış zamanı 2 polis ölüb, 15 nəfər yaralanıb

​Türkiyədə partlayış zamanı 2 polis ölüb, 15 nəfər yaralanıb

Loading...
​Türkiyədə partlayış zamanı 2 polis ölüb, 15 nəfər yaralanıb

Bakı. 25 mart. / Cümə axşamı Türkiyənin cənub-şərqində, Diyarbəkir və Bingöl şəhərləri arasındakı trassda yerləşən jandarmeriya postu qarşısında minalanmış avtomobilin partlaması nəticəsində iki polis əməkdaşı ölüb, 15 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Axşam saatlarında baş verən partlayışdan sonra naməlum şəxslər avtomat silahlardan jandarmeriya postunu atəşə tutublar. Qanun keşikçiləri tərəfindən cavab atəşi açılıb. Hücum edən şəxslərin axtarışı və zərərsizləşdirilməsi istiqamətində əməliyyat aparılır. Hücumun təşkilində qadağan olunmuş Kürd Fəhlə Partiyasının üzvləri şübhəli bilinir.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR