
Saç artıran bitki mənşəli QARIŞIM
- 22 Mart, 2016
- 616 Baxış

Saçların parlaq, həcmli, sağlam və təbii ki, canlı olması hər kəsin arzusudur.
Saç tökülməsi isə təəssüf ki, həm qadın, həm də kişilərin tez-tez rastlaşdığı ortaq bir problemdir. Saç tökülməsi sizin də probleminizdirsə, Qadinklubu.com-un təqdim etdiyi maskanı sınaya bilərsiniz.
Məşhur Türkiyəli Bitki Mütəxəssisi Suna Dumankaya, saçlarınızı uzadacaq, tökülməsinin qarşısını alacaq, üstəlik saç belə çıxardan bitki mənşəli düsturunu belə açıqlayır.
Tərkibi:
* 1 fincan keyfiyyətli zeytun yağı,
* 1 şorba qaşığı çörəkotu yağı,
* 1 şorba qaşığı dəfnə toxumu yağı,
* 1 şorba qaşığı cəfəri toxumu.
Hazırlanması:
Ərzaqları hamısını bir qabda qarışdırın. Sonra, bir fırça köməyi ilə əvvəldən təmizlənmiş saçlarınızın əvvəl diblərinə sonra hamısına sürtün. Saç diblərinə masaj hərəkətləri ilə yaxşıca yedizdirin və başınızı bağlayın. 2 saat gözlədikdən sonra saçlarınızı durulayın.
Bu maskanı həftədə 1 dəfə tətbiq edin.
Sözügedən maskanı kişi və qadın, hər kəs tətbiq edə bilər. Çox tez fenlənən saçlar üçün də ideal bir maskadır.qadinklubu
Joy.az