Loading...
Bakcell-dən balansı idarə etmək üçün yenilik

Bakcell-dən balansı idarə etmək üçün yenilik

Loading...
Bakcell-dən balansı idarə etmək üçün yenilik

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti bu gün müştərilərə öz balanslarını idarə etməyə kömək edən yeni alətlər panelini istifadəyə verib.

Maksimal dərəcədə sadə və rahat interfeysə malik olan "MyBakcellim" alətlər panelinin vasitəsi ilə aşağıdakı əməliyyatları yerinə yetirmək mümkündür:

• Balansı yoxlamaq, artırmaq, nəzarət və idarə etmək;

• İnternet paketlərinə abunə yazılmaq və məlumat almaq;

• SMS paketlərinə abunə yazılmaq və məlumat almaq;

• Tarifi dəyişdirmək və bu barədə məlumat almaq;

• Bonuslara nəzarət etmək və bonuslar barədə məlumat almaq;

• Bakcell şirkətinin təqdim etdiyi istənilən digər xidmətlərdən onlayn faydalanmaq.

Yeni internet səhifəsi açılandan sonra ekranın aşağı sağ tərəfində görünən "Bakcell" loqosuna (Ulduz) basmaqla müştərinin "Bakcell" hesabının statusunu göstərən real zaman rejimində pəncərə çıxır. "Bakcell" abunəçiləri istifadə etdikləri tarif planının adını və təfsilatlarını, bonus dəqiqələri, SMS və data paketləri haqqında məlumatı, aktiv data paketlərini və balanslarında qalan vəsaitin məbləğini bu pəncərədə görə bilərlər. Bundan başqa, yeni alətlər paneli müştərilərə öz tarif planlarını dəyişdirmək və balanslarına vəsait yükləmək imkanı verir. "MyBakcellim" Alətlər panelinin çoxfunksiyalı menyusu ilə Paketlər səhifəsindən istənilən paketə abunə yazılmaq mümkün olacaq.

Bakcell-in baş icraçı direktoru Riçard Şirer bildirib: “Bakcell olaraq, biz həmişə öz müştərilərimizin həyatını daha da rahatlaşdırmağa çalışırıq və məhz buna görə də indi biz bu yeni MyBakcellim alətlər panelini təqdim edirik. Bu alətlər panelinin vasitəsilə mobil internetdən istifadə edən abunəçilərimiz öz balanslarına nəzarət edə, tarif paketlərini nəzərdən keçirə və özləri üçün uyğun olanını asanlıqla seçə biləcəklər. Biz inanırıq ki, bu vasitə müştəri təcrübəsinin təkmilləşdirilməsinə xidmət edəcək və abunəçilərimizin nəzarət imkanlarını genişləndirəcək”.

Sözügedən alətlər paneli səhifə tam yükləndikdən sonra "Bakcell" abunəçilərinin mobil telefon ekranlarında 5 dəqiqə ərzində görünüb gözdən itir. 30 saniyəlik fasilədən sonra bu alətlər paneli yenidən ekrana çıxır.

Bu alətlər panelindən istifadə etmək üçün "Bakcell" abunəçilərinin mobil telefon brauzerləri (Chrome, Mozilla, IE və Safari) Java sistemini dəstəkləməlidir. Abunəçilər "MyBakcellim" alətlər panelini mobil telefonlarda istehsalçı tərəfindən quraşdırılmış brauzerlərdə də istifadə edə bilərlər. JAVA skript xətaları göstərən internet səhifələrində bu yeni xidmət işləmir. "OperaMini" brauzerindən istifadə edən "Bakcell" abunəçiləri də bu yeni alətlər panelini aça bilməyəcəklər. HTTPS (secured) internet səhifələri də həmçinin dəstəklənmir.

"MyBakcellim" alətlər panelinin yeni funksiyaları arasında müştərilərə "Bakcell" tərəfindən təklif olunan istənilən paketə yazılmış abunəni ləğv etmək imkanı verən deaktivasiya düyməsi də var.

"MyBakcellim" alətlər paneli "Bakcell" abunəçilərinə olduqca sadə və şəffaf bir şəkildə "Bakcell" məhsullarını əldə etmək, danışıq dəqiqələrinin istifadəsinə və xərclərə nəzarət etmək imkanı verən çox rahat bir xidmətdir. 

Joy.az

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR