Loading...
Azərbaycanda dəhşətli qəza:   ata və qız yaralandı, oğul öldü

Azərbaycanda dəhşətli qəza: ata və qız yaralandı, oğul öldü

Loading...
Azərbaycanda dəhşətli qəza:   ata və qız yaralandı, oğul öldü

Lənkəranda ağır yol qəzası baş verib.
 
Joy.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Nüvədi qəsəbəsi ərazisində qeydə alınıb. Lənkəran rayon sakini, 28 yaşlı Qabil Muxtar oğlu Əbdülovun idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili  qarşı tərəfdən gələn digər minik avtomobili ilə toqquşub.
 
Güclü zərbədən "VAZ-2106"-nın sürücüsü və onun yanındakı sərnişinləri olan uşaqları -12 yaşlı Elvira və 9 yaşlı Şamo müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.   Yaralılara lazımi tibbi yardım göstərilib. Həkimlərin səylərinə baxmayaraq baş beynin ağır dərəcəli zədələnməsi diaqnozu təyin edilmiş 9 yaşlı Şamonun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Joy.az 
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR