Loading...
Qəzaya uğrayan təyyarədə azərbaycanlı da olub

Qəzaya uğrayan təyyarədə azərbaycanlı da olub

Loading...
Qəzaya uğrayan təyyarədə azərbaycanlı da olub

Rusiyanın Rostov-na-Donu şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində Rusiya vətəndaşları ilə yanaşı, Azərbaycan, Ukrayna və Hindistandan vətəndaşları olub. Anspress-in “rostov.kp.ru” saytına istinadən verdiyi xəbərə görə, sərnişinlər arasında minimum 8 xarici vətəndaş olub.

Qeyd edəki ki, “Dubay-Rostov” reysi ilə uçan Boing 738” təyyarəsi gecə saatlarında qəzaya uğrayıb. İlkin məlumatlara görə, qəzaya səbəb pilotun səhvi və yaxud pis hava şəraiti olub. Qəza nəticəsində 62 nəfər ölüb. Onlardan 4-ü uşaq olmaqla 55-i sərnişin,  7-si isə heyət üzvləri olub. Onların arasında Azov rayon admnistrasiyasının rəhbərinin keçmiş həyat yoldaşı və qızı da olub. Onlar Dubaydan istirahətdən qayıdırdılar. 

Qəzadan sonra adıçəkilən hava limanaı bağlanıb. Aeroportun işini bir sutkadan tez bərpa edəcəyi gözlənilmir. Burada eniş etməli olan təyyarələri isə Kavminvod və Krasnodar vilayətləri qəbul etməyə hazır olduqlarını açıqlayıblar. 

Joy.az
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR