Loading...
Putin dəhşətli qəza ilə bağlı tapşırıq verdi

Putin dəhşətli qəza ilə bağlı tapşırıq verdi

Loading...
Putin dəhşətli qəza ilə bağlı tapşırıq verdi

Rusiya prezidenti Vladimir Putin Rostov-Don vilayətinin aeroportunda 61 nəfərin ölümü ilə nəticələnən dəhşətli təyyarə qəzası ilə bağlı tapşırıq verib.

Joy.az xəbər verir ki, Putin ölkənin Fövqəladə Hallar Nazirliyinin və Səhiyyə Nazirliyinin rəhbərliyinə faciə qurbanlarının yaxınlarına yardım göstərilməsini tapşırıb.

Putin qəza nəticəsində ölənlərin yaxınlarına başsağlığı verib.

TASS agentliyinin əldə etdiyi xəbərə görə, Dubaydan Rostova uçan təyyarənin qəzaya uğramasına səbəb mürəkkəb hava şəraiti olub. Belə ki, təyyarə birinci dəfə zolağa enə bilməyib, ikinci cəhd zamanı qəza baş verib. Yerə çırpılan təyyarə yanaraq parçalanıb.

Qəza ilə əlaqədar Rusiya FHN-də “qaynar xətt” yaradılıb. Təyyarə qəzası ilə əlaqədar uçuşların təhlükəsizlik qaydalarının pozulması barədə cinayət işi açılıb. Hələ ki, təyyarənin “qara qutusu” tapılmayıb.

Hazırda qəzanın baş verdiyi əraziyə nəqliyyat naziri Maksim Sokolov, fövqəladə hallar naziri Vladimir Puçkov, Rusiya Aviasiyasının rəhbəri Aleksandr Neradko və prezidentin həmin vilayət üzrə səlahiyyətli nümayəndəsi Vladimir Ustinov yollanıb.

Joy.az 
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR