Fon yüklənir...
Загрузка...

Bakıda sürət yarışına çıxan maşınlar 7 piyadanı vurdu - VİDEO

Загрузка...
Bakıda sürət yarışına çıxan maşınlar 7 piyadanı vurdu  - VİDEO

Bakının Səbail rayonunda dəhşətli yol nəqliyyat hadisəsi baş verib.

Joy.az-nun baku.ws-ə istinadən verdiyi məlumata görə, Səbail rayonun Xəqani küçəsində sürətlə hərəkətdə olan "BMW” markalı avtomobilin sürücüsü idarəetməni itirərək yolun kənarında hərəkətsiz dayanan 6 avtomobilə çırpılıb. Daha sonra həmin avtomobil yolun kənarındakı işıq dirəyinə dəyərək dayana bilib. Hadisə şahidlərinin dediyinə görə sürət yüksək olduğundan toqquşmadan sonra "BMW” işıq dirəyinin yuxarı hissəsinə kimi qalxıb və bundan sonra dirək aşıb.

Gözlənilməz qəza yol kənarında olan 7 piyadanın xəsarət almasına səbəb olub. Həkimlərin verdiyi məlumata görə 7 nəfərdən 3-nün vəziyyəti orta ağırdır. Verilən məlumata görə, hadisəni törədən "BMW” eyni markalı avtomobil ilə sürət yarışına çıxıb və qəza da bu zaman baş verib.


Joy.az
Загрузка...
loading...
Загрузка...