Loading...
Çempionlar Liqasında erkən final, yoxsa

Çempionlar Liqasında erkən final, yoxsa "El Klasiko"?

Loading...
Çempionlar Liqasında erkən final, yoxsa

Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atılacaq. Sport7.az xəbər verir ki, indidən püşkatmanın nəticəsi maraqla gözlənilir.

Qitənin bir nömrəli yarışında 3 ispan klubunun mübarizəni davam etdirməsini nəzərə alsaq, püşkün ölkənin iki təmsilçisini üz-üzə qoyacağı da istisna deyil. Bundan başqa püşka favoritlər - "Barselona" və "Bavariya"nı üz-üzə qoya bilər. Bunu isə erkən final adlandırsaq, yanılmarıq. Bunadn başqa "Real" - "Barselona"nın iştirakı ilə ÇL-də "El Klasiko" da izləyə bilərik.

Saat 15:00-da İsveçrənin Nyon şəhərində start götürəcək püşkatmada
"Real”, "Barselona”, "Atletiko”, "Bavariya”, "Volfsburq”, PSJ, "Mançester Siti”si və "Benfika” klubları rəqiblərini tanıyacaq. 

Xatırladaq ki, 1/4 final mərhələsinin ilk oyunları aprelin 5-6-da, cavab matçları isə 12-13-də keçiriləcək. 
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR