Loading...
Putin Suriya əməliyyatına nə qədər pul xərclədiyini  AÇIQLADI

Putin Suriya əməliyyatına nə qədər pul xərclədiyini AÇIQLADI

Loading...
Putin Suriya əməliyyatına nə qədər pul xərclədiyini  AÇIQLADI

"Suriyada əməliyyatlar Rusiyaya 33 milyard (772 200 000 AZN) rubla baş gəlib. Ancaq bu vəsait Müdafiə Nazirliyinin təlim və hərbi hazırlığı üçün planlaşdırlmışdı".


Bunu Rusiya prezidenti Vladimir Putin hərbçilərlə görüşündə deyib. 


"Düzdür, Suriyada hərbi əməliyyatlar müəyyən xərclər də tələb edib. Lakin əsas hissəsi Müdafiə Nazirliyinin resursu olub. Biz sadəcə bu ehtiyatları Suriyadakı qruplaşmalara yönəltdik, - Putin bildirib.


Onun sözlərinə görə, hazırlıq üçün isə real hərbi əməliyyatlardan daha effektiv üsulu heç kim düşünməyib: "Bu mənada hərbi ehtiyatlardan döyüşdə istifadə etmək daha yaxşıdır, nəinki poliqonda".


Rusiya prezidenti onu da əlavə edib ki, Suriyada həyata keçirilən hərbi əməliyyatlardan sonra Silahlı Qüvvələrdə ehtiyat texnika və hərbi arsenalın bərpa edilməsi üçün əlavə xərclərə ehtiyac olacaq.


"Bu xərclər ölkənin döyüş qabiliyyətini gücləndirmək, təhlükəsizliyini təmin etmək üçündür", - deyə Putin bildirib.


Ötəni il sentyabrın 30-dan Rusiya hərbi aviasiyasına aid qırıcılar Suriyada əməliyyatlara başlayıb. Rusiya prezidenti Vladimir Putin hərbi əməliyyatların hədəfinin İŞİD terror qruplaşması olduğunu desə də bir çox hallarda Əsəd müxalifi olan özünümüdafiə dəstələrinin rus qırıcılarının bombardımanına məruz qaldığı bildirilir.


Rusiyanın bölgədə keçirdiyi əməliyyatlar vaxtı çox sayda dinc əhali də dünyasını dəyişib. Başda ABŞ olmaqla bir çox qərb ölkələri Rusiyanın bu addımını kəskin tənqid ediblər. Putin isə Suriyada leqal hakimiyyət olan Əsəd iqtidarının qorunmasının vacib olduğunu bildirib.


Bu il martın 14-də isə Rusiya prezidenti Vladimir Putin ölkənin müdafiə naziri Sergey Şoyquya tapşırıb ki, martın 15-dən başlayaraq Rusiya hərbi qüvvələrinin əsas hissəsini Suriyadan çıxarmağa başlasın. (ans)


Joy.az

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR