Loading...
İlham Əliyev icra başçısına "Şöhrət" ordeni verdi

İlham Əliyev icra başçısına "Şöhrət" ordeni verdi

Loading...
İlham Əliyev icra başçısına "Şöhrət" ordeni verdi

Prezident İlham Əliyev sərəncam imzalayıb.

Joy.az xəbər verir ki, dövlət başçısı Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Bayram Əsəd oğlu Səfərov “Şöhrət” ordeni ilə təltif edib.

Qeyd edək ki, Bayram Səfərov 1950-ci ildə Şuşada anadan olub. İxtisasca iqtisadçıdır. Şuşa Rayon İstehlak Cəmiyyətinin sədri, Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifələrində işləyib. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətində (”AZAL”) rəhbər vəzifədə çalışıb. 2009-cu il fevral ayının 27-də Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 2009-cu il iyunun 5-də Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri seçilib.

Joy.az

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR