Loading...
Hollandiyaya kimlər gedir?

Hollandiyaya kimlər gedir?

Loading...
Hollandiyaya kimlər gedir?

Futzal üzrə dünya çempionatının pley-off mərhələsində martın 22-də Almere şəhərində keçiriləcək Hollandiya - Azərbaycan oyunu üçün yığmamızın yekun heyəti açıqlanıb.

Joy.az xəbər verir ki, ispan baş məşqçi Tino Peres Bakıda keçirilən təlim-məşq toplanışına 17 oyunçu dəvət etsə də, hazırlıqlardan sonra onların 3-dən imtina edib. Belə ki, Elnur Zamanov, Samir Həmzəyev və Zeynal Zeynalov heyətdən çıxarılıb. Hollandiyaya bu heyət gedəcək:

Qapıçılar: Rövşən Hüseynli, Emin Kürdov;

Sahə oyunçuları: Rizvan Fərzəliyev, Vitali Borisov, Ramiz Çovdarov, İsa Atayev, Amadeu Fernandes, Eduardo Mello, Auqusto Sezar, Fineo de Araujo, Namiq Məmmədkərimov, Rəcəb Fərəczadə, Xətai Bağırov, Rafael Durval.

Qeyd edək ki, millimiz Hollandiya ilə "Topsportsentrum" arenasında oynayacaq. Bu matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Joy.az

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR