Loading...
Yol polisindən sürücülərə   Müraciət

Yol polisindən sürücülərə Müraciət

Loading...
Yol polisindən sürücülərə   Müraciət

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

Qayanr.info lent.az-a sitinadən xəbər verir ki, idarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, martın 18-dən etibarən ölkənin magistral yollarında hərəkətin intensivləşəcəyi gözlənilir: "Bütün sürücülər diqqətli olmalı, xüsusi ilə sürət həddinin yuxarı olduğu magistrallarda qaydalara ciddi riayət etməlidir. Həmçinin ölkədə hava şəraitinin tez-tez dəyişməsi, yağış yağmasını nəzərə alaraq sürücülər yola çıxmazdan əvvəl nəqliyyat vasitəsinin texniki sazlığını diqqət yetirməlidir. Çünki hava şəraiti hərəkət təhlükəsizliyinə bilavasitə təsir edir və sürücülər yola çıxarkən bu kimi halları nəzərə almalıdır".

K.Əliyev əlavə edib ki, martın 19-28-i günlərində yol polisi gücləndirilmiş iş rejimində işləyəcək və ölkənin bütün yollarında əlavə naryadlar da cəlb edilməklə xidmət təşkil ediləcək.

Joy.az

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR