Loading...
 "Heç vaxt siqaret çəkməmişəm, spirtli içki içməmişəm"  - Manana

"Heç vaxt siqaret çəkməmişəm, spirtli içki içməmişəm" - Manana

Loading...
 "Heç vaxt siqaret çəkməmişəm, spirtli içki içməmişəm"  - Manana

Əməkdar artist Manana baxım sirlərindən danışıb. 

Joy.az axşam.az-a istinadən xəbər verir ki, müğənni heç vaxt saçına rəng qoymadığını, imicində dəyişiklik etmək istəmədiyini bildirib: 

"Heç vaxt saçıma rəng qoymamışam, heç düşünmürəm də. Amma saçını rəngləyənlərə pis baxmıram. Mənə elə gəlir ki, dəyişməyimə ehtiyac yoxdur. 17-18 ildir Azərbaycanda yaşayıram, hər gün saçımı fenləyirəm. İki övladım var. Onları həyata gətirəndən sonra saçım tökülməyə başladı, amma qarşısını aldım. Sağlam saç və dəri yeməkdən asılıdır. Mən heç vaxt siqaret çəkməmişəm, spirtli içki içməmişəm. Dadını da bilmirəm. Hərdən deyirlər ki, "Manana, gürcüsən, bir az çaxır iç". Amma istəmirəm, spirtsiz də həyatı gözəl görürəm. Siqaretdən və alkoqoldan uzaq qalanda üz də, orqanizm də, dişlər də sağlam olur".

Joy.az 

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR