Loading...
​Civə satan şəxsin apellyasiya şikayətinə baxılıb

​Civə satan şəxsin apellyasiya şikayətinə baxılıb

Loading...
​Civə satan şəxsin apellyasiya şikayətinə baxılıb

Bakı. 17 mart. / Bakı Apellyasiya Məhkəməsində civə satmaqda təqsirləndirilən Yəhyayev Niyaməddin Ramazan oğlu barəsində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

“Report”un məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Nərimanov Rayon Məhkəməsinin çıxardığı qərarı qüvvədə saxlanılıb. N.Yəhyayevin apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, 2015-ci ilin avqust ayının 18-də Daxili İşlər Nazirliyinin (DİN) saytının yaydığı məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini N.Yəhyayev 1,2 kiloqram civəni 5000 ABŞ dollarına satarkən tutulub.

O, Cinayət Məcəlləsinin 240.1-ci (güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma) maddəsi ilə ittiham olunub.

Nərimanov Rayon Məhkəməsinin hökm ilə N.Yəhyayev 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR