Loading...
Çempionlar Liqasında 1/4 final mərhələsinin püşkü martın 18-də atılacaq

Çempionlar Liqasında 1/4 final mərhələsinin püşkü martın 18-də atılacaq

Loading...
Çempionlar Liqasında 1/4 final mərhələsinin püşkü martın 18-də atılacaq

Bakı. 17 mart. / Futbol üzrə Çempionlar Liqasında 1/4 final mərhələsinin püşkatma mərasimi martın 18-də keçiriləcək. "Report"un məlumatına görə, İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

"Atletiko", "Barselona", "Real Madrid" (hər üçü İspaniya), "Bavariya", "Volfsburq" (hər ikisi Almaniya), "Mançester Siti" (İngiltərə), PSJ (Fransa) və "Benfika" (Portuqaliya) komandalarının qatılacağı mərasimdə cütlüklər "kor püşk" nəticəsində müəyyənləşəcək. Yəni, bu zaman ölkənin 2 komandasının bir-biri ilə rəqib olma ehtimalı da var.

Qeyd edək ki, 1/4 final görüşləri 5-6 apreldə və 12-13 apreldə keçiriləcək.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR