Loading...
Çalhanoğlu futboldan uzaqlaşdırıla bilər

Çalhanoğlu futboldan uzaqlaşdırıla bilər

Loading...
Çalhanoğlu futboldan uzaqlaşdırıla bilər

FIFA "Bayer"in formasını geyinən Hakan Çalhanoğlu ilə bağlı araşdırmalara başlayıb. Sport7.az xəbər verir ki, bu barədə alman klubunun mətbuat katibi Dirk Meş açıqlama verib.

"FIFA Hakan Çalhanoğlu ilə bağlı araşdırmalara başlayıb. Bu onun "Bayer"ə transferindən öncəki müddətlə bağlıdı. Görünən odu ki, futbolçunun əvvəlki müqaviləsindəki bəzi saxkatarlıqlar araşdırılır. Araşdırma davam edir. Daha ətraflı danışmaq üçün daha artıq bilgiyə ehtiyacımız var".

Araşdırma "Trabzonspor"un şikayəti əsasında başlayıb. Belə ki, Hakan Çalhanoğlu 2011-ci ildə Qara dəniz klubu ilə ön anlaşma imzalasa da, buna əməl etməyib. Həmin vaxt "Karlsrue"in formasını geyinən Türkiyə millisinin üzvü "Trabzonspor"la ön anlaşma imzalayıb və 100 min avroluq ilkin ödəniş alıb. Bu anlaşmaya əsasən futbolçu transferdən vaz keçəcəyi halda 1 milyon avro ödəməli imiş. Amma o, "Hamburq"la müqavilə imzalasa da, tələb olunan məbləği "Trabzonspor"a ödəməyib. Bu səbəbdən klub 2013-cü ildə FIFA-ya şikayət edib.

Hakan Çalhanoğlunun günahı sübuta yetirilsə, bir neçə ay futboldan kənarlaşdırıla bilər. Qeyd edək ki, Türkiyə millisinin üzvü 2014-cü ildə "Hamburq"dan 14,5 milyon avroya "Bayer"ə transfer olunub.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR