Fon yüklənir...
Загрузка...

Cinayət işinə səbəb olan qadın danışdı: "Toydan 15 gün əvvəl cinsi əlaqədə olduq"

Загрузка...

Cinayət işinə səbəb olan qadın danışdı:

 
Xəzər Rayon Polis İdarəsinin baş müstəntiqi Neman Şirinov faktı təsdiqləyib və M.Ağayevin istintaqa dəvət edildiyini bildirib:

"Məsələni araşdırdıq, məlum oldu ki, qız azyaşlıdır, yetkinlik yaşına çatmayıb. Belə olan halda burada Cinayət Məcəlləsinin 152-ci maddəsinin tərkibi yaranır.

M.Ağayevin atası Ə.Ağayev (ad şərtidir) isə Ölkə.Az-a bildirib ki, baş verənlərdə Aynur Quliyevanın anası təqsirkardı:

"Mənim oğlum o qızla boşanmayıb. Qız mənim bacım nəvəsidir. Bir dəfə getmişəm, gəlinimi gətirməyimə icazə verməyiblər. Bacım nəvəsini boşatdıraram heç? Fikrim onu evimizə gətirməkdir, oğlum da razıdır. Anası aparıb onu. İmkan versinlər, gedim gəlinimi, nəvəmi evimə gətirim. Mənim oğlum toydan əvvəl o qıza heç nə etməyib, yalandan bilmirlər nə danışalar. Özləri də gəlib toyda iştirak ediblər. Qız bir ilə yaxındır ki, atasıgildədir. Oğlumun qaynanası 120 manata maşın tutub oğlumu və gəlinimi evlərinə apardı. Sonra oğlum orada iki ay fermada işləyib. Sonra yoldaşına deyib ki, gəl qayıdaq evimizə. Qız deyib ki, mən getmirəm. Oğlum bura gələndən beş-on gün sonra mən getdim gəlinimi gətirməyə, qoymadılar. O qızdan heç bir narazılığım olmayıb. Uşaqdır, anası onu öyrədir".

Aynur Quliyevanın atası C.Quliyev (ad şərtidir) isə ə.Ağayevin dediklərini təkzib edib:

"Qızımın üç aylıq uşağı var, hansı gəlib baş çəkib. İndiyə kimi min manat xərc çəkmişəm, borca-xərcə düşmüşəm. Kasıb adamam. Bakıda müstəntiq zəng vurur, cavab vermirlər, gizlənirlər. Bəs nə vaxta kimi belə olacaq? Onları Allaha tapşırıram".

Ölkə.Az Aynur Quliyevanı da danışdırmağa müvəffəq olub. O, M.Ağayevlə toylarından 15 gün əvvəl cinsi əlaqədə olduğun etiraf edib:

"Məni aldadıb atamgilə gətirdi, sonra burada qoyub getdi. Məni heç vaxt döyməyib. Heç onu görmürdüm, çünki bütün günü fermada olurdu. Özlərinin fermaları var. Toydan 15 gün əvvəl məni qaçırıb Goranboya aparmışdı. İlk dəfə orada cinsi əlaqədə olmuşuq. İndi ondan heç bir tələbim yoxdur. Gəlib uşağına soyadını versin və toyda mənə verilmiş qızıllarımı geri qaytarsın. Heç bir barışıqdan söhbət gedə bilməz. Toyda anamın, dayılarımın mənə aldığı qızılları onun bibisi əlimdən aldı".

Mövzunu nəzarətdə saxlayacağıq
Загрузка...

ŞƏRHLƏR

Ahu 05

2 May 2015 10:19

Allah uzaq elesin

emiwka

1 May 2015 15:47

Ayibdiey VALLAH
--------------------
Getdim Sagolun
loading...
Загрузка...