Loading...

Martda 9 gün qeyri-iş günü olacaq
Xəbərlər
- 29 Yanvar, 2015
- 3 610 Baxış
Loading...
Bu ilin mart ayındakı bayramlarla əlaqədar 9 gün qeyri-iş günü olacaq. Martın 8-i - Beynəlxalq qadınlar günü bazar gününə təsadüf etdiyi üçün, martın 9-u qeyri-iş günü hesab ediləcək.
Bundan başqa Novruz bayramında ölkə əhalisi bir həftə (7 gün) istirahət edəcək. Belə ki, Novruz bayramı ilə əlaqədar martın 20-dən 24-dək qeyri-iş günləridir. Lakin martın 21 və 22-si şənbə və bazar günlərinə təsadüf etdiyi üçün 25-i və 26-sı da qeyri-iş günü olacaq.
Qeyd edək ki, Əmək Məcəlləsinə əsasən, bayramlar şənbə və bazar günlərinə düşərsə, növbəti həftənin ilk iş günü istirahət günü hesab olunur.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...