Loading...
Kəlbəcərdə şiddətli döyüşlər - Erməni əsgəri öldürüldü

Kəlbəcərdə şiddətli döyüşlər - Erməni əsgəri öldürüldü

Loading...
Kəlbəcərdə şiddətli döyüşlər - Erməni əsgəri öldürüldü
 
Yanvarın 21-ə keçən gecə Azərbaycan ordu hissələri erməni mövqelərinə hücum edib.

Gecə 3:00 radələrində Kəlbəcər istiqamətində tərəflər arasında toqquşma olub.

Erməni tərəfi Azərbaycanı diversiya əməliyyatında günahlandırır.

Atışma zamanı 1982 təvəllüdlü erməni hərbçi Naaapet Artakoviç Asatryan həlak olub. 1973-cü il təvəllüdlü Ovannes Onikoviç Qasparyan yaralanıb. 

***

Müdafiə Nazirliyinin mətbuat xidməti yanvarın 21-nə keçən gecə erməni kəşfiyyat-təxribat qruplarının qoşunların təmas xəttini keçməyə cəhd göstərməsi barədə məlumat yayıb.

Məlumatda bildirilir ki, Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı, düşmənin yaxınlaşmasının əvvəlcədən aşkar edilməsi və görülən qabaqlayıcı tədbirlər nəticəsində şiddətli atışma zamanı itki verən ermənilər geri çəkilməyə məcbur edilib.

Qarşı tərəfin ilkin rəsmi məlumatına görə, işğalçılardan Naapet Asatryan məhv edilib, Ovannes Qasparyan isə ağır yaralanıb.

Müdafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən təxribatının qarşısını almağa hər an hazırdır.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

emiwka

27 Yanvar 2015 17:04

Yawasin Azerbacan....
--------------------
Getdim Sagolun

Ahu 05

22 Yanvar 2015 10:04

yaxsi olub..... aze