Loading...
Rusiyada azərbaycanlının hamilə arvadını güllələdilər

Rusiyada azərbaycanlının hamilə arvadını güllələdilər

Loading...

Rusiyada azərbaycanlının hamilə arvadını güllələdilər

 

Rusiyanın Nijni Novqorod şəhərində azərbaycanlıların milli-mədəni muxtariyyətinin görkəmli nümayəndələrindən biri olan Rasim Quliyevin həyat yoldaşı vəhşicəsinə öldürülüb.

"Hadisə yanvarın 3-də Nijni Novqorodun Kanavinsk rayonunda baş verib. Akimov küçəsində yaşayan sərxoş işsiz sakin yuxarı mərtəbədə yaşayan qonşusunun uşaqlarının guya çox səs salmasından əsəbiləşib. Yuxarı mərtəbədə yaşayan 40 yaşlı hamilə qonşusu ilə mübahisədən sonra kişi öz evinə gəlib, seyfdən ov tüfəngini götürüb, sonra isə yuxarı qalxaraq, qonşusunun qapısına atəş açıb. Bu məqamda qapı arxasında dayanan qadın aldığı yaralardan yerindəcə həlak olub.

Həlak olan qadın hamiləliyin sonuncu ayında imiş. Bu ay onun əkiz övladı dünyaya gələcəkdi. Qadının yetkinlik yaşına çatmayan iki övladı qalıb.

Hazırda 49 yaşlı kişi saxlanılıb, onun barəsində həbs-qətimkan tədbiri seçiləcək. Müstəntiqlər onun odlu silaha sahib olmaq icazəsinin olmadığını aydınlaşdırıblar. Hamilə qadını öldürdüyü üçün cani ömürlük azadlıqdan məhrum edilə bilər.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR