Loading...
Azərbaycanda eynək qanuni olacaq

Azərbaycanda eynək qanuni olacaq

Loading...

Azərbaycanda eynək qanuni olacaq

 

Dünən Milli Məclisin Sosial Siyasət Komitəsinin iclası keçirilib. 

İclasda çıxış edən Hadı Rəcəblinin bildirdiyinə görə, Komitədə olan 70 faiz qanunlar hazırdır: "Bunlar "Reproduktiv sağlamlıq”, "Pasiyentin hüquqları”, "Ailə həkimi”,  "Qəbiristanlıq və ölü basdırmaq” haqqında olan qanun layihələridir:

"Bu qanunlar indiyə kimi ona görə qəbul edilmirdi ki, cəmiyyət buna hazır deyil. Həm də bəzi qanunların üzə çıxması üçün maliyyə dəstəyi də lazımdır. Bu məsələlər gündəmə çıxa bilmirsə, bu o demək deyil ki, Komitə işləmir. Milli Məclisin gələn ilki yaz sessiyasına kimi Komitə tərəfindən "Turist bələdçiləri” və "İdmanda zorakılığın qarşısının alınması” haqqında qanun layihələrini hazırlamağı planlaşdırırıq”.

 

Azərbaycanda eynək qanuni olacaq

 

Komitə sədri iclasda yeni qanun layihəsi təklifi ilə də çıxış edib. O bildirib ki, dünya ölkələrində də belə bir qanun var:

"Məsələn, Türkiyədə bu qanunun adı "Optika” haqqında qanundur. Mən isə Azərbaycanda bu qanunun adının "Eynəklər və linzalar” haqqında qanun adlanmasını təklif edirəm. Təbii ki, ad sonra dəyişdirilə də bilər. Bu qanunun təklif edilməsinin mahiyyəti ondan ibarətdir ki, Azərbaycanda əhalinin əksəriyyətinin eynək problemi var. Apteklərdə satılan linzalar standartlara cavab vermir. Onlar gözü korlayır. Hər kəs piştaxta arxasında oturub linza satır”.

 

Azərbaycanda eynək qanuni olacaq

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Ahu 05

19 Sentyabr 2014 12:44

xebere gore tesekkurler