Loading...
Bakı meri: Bahalı avtomobil sahiblərinə güzəşt olmayacaq

Bakı meri: Bahalı avtomobil sahiblərinə güzəşt olmayacaq

Loading...
 
 

"Kimliyindən, vəzifəsindən asılı olmayaraq…”.

Bakıya tıxac probleminin aradan qaldırılması məqsədilə 7 terminal - "Park-manat” gətirilib.

Bunu, Bakı meri Hacıbala Abutalıbov deyib.

Onun sözlərinə görə, terminallardan 6-sı quraşdırılıb, 7-cisi isə bu gün Heydər Əliyev Sarayının arxasında quraşdırılacaq.

"İlin sonuna kimi Bakıya daha 1000 terminal gətiriləcək, bununla da paytaxtda tıxac problemi aradan qaldırılacaq”.

Abutalıbovun sözlərinə görə, paytaxtda "Park-manat” terminalları kənar küçələrdə də quraşdırılacaq.

"Orada xüsusi geyimli oğlan və qızlar xidmət edəcək. "Park-manat”lar nağd pul və kartla işləyəcək, yarım saatı 50 qəpik olacaq. Pul ödənməsə, maşınların sürücüləri hər saat üçün ikiqat cərimə olunacaq. Bu barədə bildirişlər avtomobillərin üzərinə yapışdırılacaq”.    

Paytaxt meri polisin qanunsuz park etmiş bahalı avtomobillərə qarşı tədbir görməməsi barədə sualı da cavablandıraraq, bu məlumatların yalan olduğunu vurğulayıb.

"Kimliyindən, vəzifəsindən asılı olmayaraq, bahalı, hətta xüsusi nömrəli maşınların şəhərin mərkəzində qeyri-qanunsuz parkinqi qadağandır. Bununla bağlı bazar ertəsi xüsusi sərəncam verəcəyəm. Onlar öz cəzalarını alacaqlar”.   

Hacıbala Abutalıbov həmçinin paytaxtda velosiped yollarının salınması barədə də danışıb.

"Bakıda xüsusi velosiped yolunun salınması nəzərdə tutulur. Hal-hazırda bu barədə qərar yoxdur, amma bu baş verəcək. Bunu mən görməsəm də, sizlər görəcəksiniz”.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

miss__lady

12 May 2014 09:47

Hacıbala Abutalıbov həmçinin paytaxtda velosiped yollarının salınması barədə də danışıb.

piyadalar ucun normal yol saldiniz axi bu qalib indi de

Night Wolf

12 May 2014 01:51

Sitat: Jenny J
Hacıbala yox,Hacıbəla

lol
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

Jenny J

11 May 2014 22:24

Hacıbala yox,Hacıbəla
--------------------
Wow man, this is weird on acid..