Loading...
ANS erməni mahnılarını səsləndirdiyi üçün sərt tənqid edildi

ANS erməni mahnılarını səsləndirdiyi üçün sərt tənqid edildi

Loading...
 
 Cəbhə bölgəsində əsgərlərimiz üz-üzə dururlar, atışmalarda ölənlər var, digər tərəfdən Azərbaycan radiosu Azərbaycanın efir məkanında erməni musiqisi səsləndirir.

Milli Televiziya və Radio Şurası (MTRŞ) "Qafqaz top 20” musiqili verilişi çərçivəsində mütəmadi olaraq erməni mahnılarının səsləndirilməsi və təbliğ olunması ilə bağlı ANS ÇM radiosunun rəhbərliyinə iradını bildirib.

Bunları MTRŞ sədri Nuşirəvan Məhərrəmli söyləyib.

N.Məhərrəmlinin sözlərinə görə, ANS ÇM radiosunda erməni mahnılarının səsləndirilməsi ilə bağlı MTRŞ əməkdaşına tapşırıb ki, radio rəhbərliyi ilə əlaqə saxlasın:

"Tapşırdım ki, məsələni öyrənsin, belə hallar varsa, radioda buna yol verilməsin, çünki bu, insanların hissiyyatı ilə oynamaqdır. Bir tərəfdə cəbhə bölgəsində əsgərlərimiz üz-üzə dururlar, atışmalarda ölənlər var, digər tərəfdən Azərbaycan radiosu Azərbaycanın efir məkanında erməni musiqisi səsləndirir, bu, yolverilməzdir. Təəssüf ki, ANS ÇM radiosunun rəhbərliyi MTRŞ-in əməkdaşına verdiyi cavab çox təəssüfləndirici olub”.

N.Məhərrəmli deyib ki, Azərbaycan və Ermənistan müharibə vəziyyətindədir, bu məsələlərdə diqqətli olmaq lazımdır:

"ANS ÇM rəhbərliyinin "Biz mədəniyyətə sərhəd qoymuruq” məntiqi düzgün deyil. O məntiqlə gərək Azərbaycanda erməni kinolarını göstərək, Ermənistanın malları da ölkəmizdə satılsın, rəssamlarının burada sərgisi keçirilsin. Bu məntiq Azərbaycandakı indiki dövrə uyğun deyil.

İnşallah, Azərbaycan və Ermənistan arasında müharibə Azərbaycanın qələbəsi ilə başa çatar, ondan sonra Ermənistanla bağlı nə qədər mahnıya qulaq asmaq istəyirlərsə, qulaq asarlar. Kim erməni musiqisinə qulaq asmaq istəyirsə, gedib evində qulaq assın. Ancaq Azərbaycanın efir məkanında düşmən ölkənin musiqisi də, mədəniyyəti də təbliğ olunmamalıdır. Elə məsələlər var ki, qanunla tənzimlənmir.

Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir. Əgər qanunda yoxdursa, azərbaycanlı Ermənistana gedib elmi əməkdaşlıq edə, ticarət əlaqələri qura bilər, mədəni əməkdaşlıq apara bilər?! Ümumiyyətlə, düşmən ölkə ilə bağlı qanunvericilikdə heç nə yazılmır”.
 
 
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

melisa can

3 Avqust 2014 18:33

dordan?ilk defedi ewidirem ee.

miss__lady

4 May 2014 17:09

bu insanlar azerbaycanlidi?

Jenny J

3 May 2014 19:47

Sitat: Night Wolf
bircə bu erməni bəlasından başımız açılsaydı
--------------------
Wow man, this is weird on acid..



Səməd

3 May 2014 17:16

Celal Eliyev ANS ucun duz deyib *********************************** kankret beledi

Emily_01

3 May 2014 16:46

"Biz mədəniyyətə sərhəd qoymuruq”

blah blah blah .. hech kim o "medeniyyet"e ne sahib olmaq, ne de dinlemek istemez. elelxusus yeniyetme dinleyicilerin beynine o musiqileri ashilamasinlar suni vetenperverler. Bizim zengin incesenetimiz var, onsuz da her kes avropaya ozenir xarici musiqi dinleyir , elave olaraq buna ermeni musiqisi de yeritmesinler. menasiz dushuncedir ve bu qadagan olunmalidir.

Night Wolf

3 May 2014 13:44

bircə bu erməni bəlasından başımız açılsaydı
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!