Loading...
Mavi milyarderlərin adları açıqlandı

Mavi milyarderlərin adları açıqlandı

Loading...
 
Amerikanın "Forbes" jurnalı qlobal milyarderlər siyahısından 7 nəfərin (0,4%) 2014-cü ildə qeyri-ənənəvi oriyentasiyaya malik olduqlarını açıq şəkildə bəyan etdiyini hesablayıb. 
Jurnalın rus nəşri hətta onlardan bəzilərinin öz vəsaitlərini cinsi azlıqların hüquqlarının müdafiəsinə sərf etdiyini yazır.

Bu "cəsarətli yeddilik" təxminən 16 milyard dollar var-dövlətə sahibdir. Məsələn, onların arasından mediamaqnatı Devid Qeffen (6,1 milyadr dollar), "PayPal"ın yaradıcısı Peter Til (2,2 milyard dollar) və sərmayəçi Cenifer Prinstker (1,8 milyard dollar) kimi iş adamları var.

Cenifer Prinstker - dünyada yeganə transgenderdir. Amerika ordusunun ehtiyatda olan podpolkovniki indi özünü qadın kimi hiss etdiyini, bundan sonra bütün şəxsi və iş münasibətlərində bu şəkildə çıxış edəcəyini bəyan edib.

Yeddi məşhur LQBT milyarderlərin beşi amerikalıdırlar. Dünyanın ən varlı adamlarının sayına görə ölkələr arasında 2-ci və 3-cü yeri tutan Çin (151) və Rusiyada (111) belələri tapılmayıb. 

Bu nöqteyi-nəzərdən yanaşsaq, milyarderlər arasında əslində cinsi azlıqlardan cəmi 7 nümayəndəsinin olması real deyil. 


Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Qudsi

11 Noyabr 2014 02:01

kül sizin milyarder başiviza

elcin.bedishov

25 Mart 2014 01:39

dolarin coxlugu renglerini deyiwib maviye oxwamir

Night Wolf

24 Mart 2014 19:04

Sitat: A_K
Sağ əlləri başıma deyeceydim ama sora ağlıma başqa fikir geldi

sarcasti
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

A_K

24 Mart 2014 18:47

Sağ əlləri başıma deyeceydim ama sora ağlıma başqa fikir geldi lol
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin