Fon yüklənir...
Загрузка...

55 yaşlı kişi 17 yaşlı qızı zorladı, öldürdü, sonra isə yandırdı

Загрузка...
 
"Manana onu qonşu kimi qarşılayıb, hətta ona çörək də verib”.

Marneuli rayonundakı gürcülərin və azərbaycanlıların birgə yaşadığı Tamarisi kəndində dəhşətli cinayət hadisəsi baş verib.

Əvvəllər məhkum olunmuş, bu yaxınlarda azadlığa çıxan 55 yaşlı kənd sakini, Murad Tsiklauri qonşuluqda yaşayan 11-ci sinif şagirdi, 17 yaşlı Manana Nadibaidzeni evdə heç kimin olmamasından istifadə edərək zorlayıb.

Tamarisi kənd məktəbinin direktoru Quram Kadaria açıqlamasında məktəbli qızın zorlandıqdan sonra əziyyətlə öldürüldüyünü bildirib: 

"Nadibaidzelər Tamarisi kəndinin sakit ailələrindəndir. Onların qonşuluğunda yaşayan Murad Tsiklauri isə məhkumluq həyatı yaşayıb, tüfeyli həyat keçirir, həyətyanı sahələri belləyir, içki içir, oğurluq edir. O, cinayəti törətmək məqsədilə Nadibaidze ailəsinin yaşadığı evə gəlib və heç nədən xəbərsiz 17 yaşlı gənc qız onu qonşu kimi qarşılayıb, hətta ona çörək də verib. Lakin bir az keçəndən sonra Tsiklauri ona hücum edib, qıza əzab verərək onu hamamda zorlayıb və öldürüb. Sonra isə məktəbli qızı öz həyətinə aparıb, çuxur qazaraq ora tullayıb, üstünə çır-çırpı tökərək yandırıb”.

Hadisə ilə bağlı kəndin sakinləri bu gün Marneuli Rayon Polis Şöbəsinin qarşısına toplaşaraq etiraz mitinqi keçiriblər. Sakinlər cinayət törədən şəxsin onlara verilməsini tələb ediblər.

Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Merab Topçişvili Tamarisi kənd sakinləri ilə görüşərək, söhbət edib, onları sakitləşdirib.

Marneuli Rayon Polis Şöbəsinin operativ tədbirləri nəticəsində M. Tsiklauri artıq saxlanılıb. Saxlanılarkən onun sifətində cırmaq izləri olub. 

Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Merab Topçişvili açıqlamasında cinayət törədən şəxsin qanun qarşısında cavab verəcəyini deyib.

Загрузка...

ŞƏRHLƏR

nemka_56

3 Noyabr 2014 23:31

vay vayyy adam qorxure lap (

menim.dunyam3.ru

29 Avqust 2014 14:51

dewet o kiwide o qiz kimi yandirilsa eceb olar bu dunya bu millet necede pozulub eyyy vallah yox idi evvel bele weyler day cole cixmali deil ele gelib evinde adami oldururler bu meseleye bir care tapilmalidi ya yox?

IBRAHIMOVA LEMAN

29 İyun 2014 16:16

Sitat: tahirova konul
Allah belani versin korpenin gunahi neydi

bele serefsiz heyvanlari tike-tike etmek lazim ki basqalarina ders olsun

cox aqilli serh yazmisan ele bele lazimdi mende sene haqq verirem

ıssız adam

11 May 2014 12:09

qizdada var bilirsen bele belali adamdi niye eve alirsan o eclaf murdesiri

I want you

8 May 2014 14:38

camahatin bawi qacib ee

tahirova konul

26 Mart 2014 15:36

Allah belani versin korpenin gunahi neydi

bele serefsiz heyvanlari tike-tike etmek lazim ki basqalarina ders olsun

musviq.talibov1976

25 Mart 2014 21:21

salam çox pis baxıram bele adamlara.

Nahid-19

22 Mart 2014 14:43

Beləsini ancaq işgəncə ilə öldürəsən i fso.Yazıq qız bir şərəfsizin badına getdi....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

Aşk yalan

22 Mart 2014 14:38

Allah cezasın versin

faiq123

22 Mart 2014 14:06

1 deiqielik eylenmeye gore qizi bedbext eliyib onu gerek azerbaycan turmesine salsinlarki agli bawina gelsin
--------------------
Facebook profil
Twitter
Tpo.com

ehlibeyt

22 Mart 2014 12:09

Bu dunya gerek dagilsine vala insanlar vehwilewib , nc nc yaziq qiz onu oldurmey lazimdiye oldurmey.....

NICKY

22 Mart 2014 09:45

Nc nc camaat vehwilewib e
--------------------
♡♡♡

Starbucks

21 Mart 2014 22:14

Guya həbs eləyəndə nə olacaq ki? Həbsdən yeni çıxıbmış da elə...Çıxıb, amma ağlı başına zad gəlib? Bədbəxt elədi, qızı da, ailəsini də....Belələrinə həbs yetərli deyil, işgəncə ilə öldürmək lazımdır.Başqa cür mümkün deyil.Həbs təsir eləsəydi, yenidən bu qələti eləməzdi.Eybi yox, o biri dünyada görər cəzasını.Amma heç həbsxanada da rahat qoymazlar onu...Başına qəşəng oyunlar açarlar.Ağlı bəlkə,bəlkə gələr başına...Manyak!
--------------------
Follow İnstagram: @anti_standart

Night Wolf

21 Mart 2014 19:48

tüpürüm sənin kişi sifətinə yazıq qız
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

❃FloRal❃

21 Mart 2014 19:45

Demeye söz tapmıram
--------------------

***
❃❃❃

***

A_K

21 Mart 2014 19:09

Kişi yaa,yox bir. Her şalvar geyinen kişi deyilee.
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

elcin.bedishov

21 Mart 2014 18:26

allah belasini versin

Jenny J

21 Mart 2014 18:23

Etin tökülsün diksindib xeberden no
--------------------
Wow man, this is weird on acid..



loading...
Загрузка...