Loading...

Yolkanın bəzədilməsi
Xəbərlər
- 19 Dekabr, 2013
- 9 907 Baxış
Loading...

Yolka bəzəməyin tarixi dünya ölkələrində mübahisəyə səbəb oldu. Bir ölkə deyir, yolkanı bu cür bəzəyərlər,digəri deyir başqa cür. Yolka deyirik, çünki əksər insanlar dilimizdə “şam” adlanan bu ağacı “yolka” adlandırmağa sanki adət edib. Əsas odur ki, ildə bir dəfə könlümüzü oxşayan belə bir ağac mövcuddur. Hə, dünya ölkələrinin yolka bəzəmək ənənəsinin müxtəlifliyindən danışırdıq axı. Maraqlısı bilirsiniz nədədir? İlk dəfə yolkalar,təbii küknar ağacının üzərində bəzədilib. Ancaq təbiəti qorumağı da nəzərə almaq lazım olduğundan, yolkalar təbii ağac üzərində deyil, hansısa şam ağacının budağından, süni şəkildə qurulmağa başlanıb. Yolka bəzəmək ənənənəsinin hardan gəldiyini bilmək istəyirsinizsə, diqqətiniz bizdə olsun.
Hələ miladdan çox-çox əvvəl qədim Misirin sakinləri dekabrın son günlərində yaşıl palma ağaclarını evlərinə gətirərdilər. Bu, həyatın ölüm üzərində qələbəsinin rəmzi idi. Romalılar isə əkin Allahının şərəfinə evlərini yarpaqlarla bəzəyərdilər. Druidlər palıd budaqlarına qızıl almalar asıb qış bayramını qeyd edirdilər. Orta əsrlərdə qırmızı almalarla bəzədilən həmişəyaşıl ağaclar dekabrın 25-də qeyd edilən Adəm və Həvva bayramının rəmzi idi.
Yeni il yolkası haqqında ilk yazılı məlumat XVI əsrə təsadüf edir. Həmin mənbələrə görə, o vaxt alman şəhəri olan Strasburqda Yeni il gecəsində şam ağacları həm kasıb, həm də adlı-sanlı zadəgan ailələrində rəngli kağızlar, meyvələr və şirniyyatla bəzədilirdi. Vaxt keçdikcə bu adət bütün Avropaya yayılır.
Amerikaya isə yolkanı burada məskunlaşan almanlar gətiriblər. 1851-ci ildə burada ilk dəfə təntənəli şəkildə yolka fənərlərinin yandırılması mərasimi keçirilib. Elə o vaxtdan hər il Yeni il bayramında Ağ evin qarşısında bu mərasim keçirilir. Beləcə, yolka bütün dünyada məşhurlaşır.

Yolka bəzədilməsinin tarixinə qısa da olsa nəzər saldıq. Hər yeni il bayramında görməyə adət etdiyimiz şam ağaclarını bəzi ölkələrdə insanlar həsədliklə gözləyirlər. Belə ki, Qrelandiyada iqlimdən asılı olaraq şam ağacı bitmir. Amma bu sakinlərə yeni ili yolkasız qarşılamağa mane olmur. Kənardan gətirilən ağac əl-əlvan bəzədilir. Adətən bəzək əşyası kimi şamlardan və əlvan lentlərdən istifadə edilir.
Braziliyada ölkə bayramı isti havada qeyd edir. Bunun üçün də yolka ağ pambıqla bəzədilir. Bu isə mülayim havada qar effekti yaratmaq üçün nəzərdə tutulub.
İsveçlilər bayramdan əvvəl yolka bəzəməyi sevmirlər. Onlar şam ağacını düz bayram günü alırlar. Ağac əsasən küçədə qurulur. Yolka günəş, ulduz və qar dənəsi kimi bəzəklərlə örtülür.
Bu günə qurulan ən hündür şam ağacı haqqında məlumat verməyi də özümüzə borc bildik. Maraqlıdır ki ,dünyanın ən böyük yolkası Meksikada qurulub. Ağacın hündürlüyü tam 110 metr olub. Hətta yolka Ginnesin rekordlar kitabına belə düşüb. Qurulmasına Braziliya və Meksikadan 200 nəfər cəlb edilən yolkanın diametri 35 metr, ağırlığı isə 350 tona yaxın olub. 40 mərtəbəli yolkanın işıqlandırılmasında isə 80 km naqildən və 20 min elektrik lampasından istifadə edilib.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...