Loading...
İngiltərəli ifaçı “Sarı gəlin”i belə oxudu

İngiltərəli ifaçı “Sarı gəlin”i belə oxudu

Loading...
İngiltərəli ifaçı “Sarı gəlin”i belə oxudu

Noyabrın 28-də Böyük Britaniyanın Mançester şəhərindəki universitetlərdə təhsil alan azərbaycanlı tələbələri özündə birləşdirən Mançester Azərbaycan Cəmiyyəti “Azərbaycan gecə”si mədəniyyət tədbirini təşkil edib.

Mançester Universitetinin ən böyük konsert zallarından birində baş tutan gecədə tələbə və müəllim heyətinin əksəriyyət təşkil etdiyi 350-dən artıq qonaq iştirak edib.

Tədbirin birinci hissəsində qonaqlara azərbaycanlı tələbələrin hazırladıqları milli yeməklərimiz təklif olunub və onlar ölkəmizin müxtəlif bölgələrindən görüntüləri əks etdirən fotoşəkilləri seyr edərək Azərbaycan haqqında daha geniş şəkildə məlumatlandırılıblar.

Tədbir sonradan geniş mədəni hissə ilə davam edib. Bir-birinin ardınca azərbaycanlı və əcnəbi tələbələrin ifasında milli rəqs və mahnılarımız qonaqlara təqdim olunub. Malayziya, İspaniya və Çilidən olan tələbələrin müşayiəti ilə ingilis xanım Azərbaycan dilində “Sarı gəlin” mahnısını oxuyub və qonaqlar tərəfindən gurultulu alqışlarla qarşılanıb.

Gecənin ən əyləncəli anı əcnəbi qonaqlar arasındakı Azərbaycan rəqs yarışması olub. Məharətini yoxlamaq istəyən qonaqlar altı cütlüyə bölünüb və onlardan səslənən milli oyun havası altında rəqs etmələri buyurulub. Həddindən artıq maraqlı keçən yarışmanın qalibləri İran və ABŞ vətəndaşlarından ibarət cütlüyün olması müsabiqəyə həm də simvolik rəng də qatıb.

Bu il dördüncü dəfə təşkil olunmuş mədəni tədbir Mançester Azərbaycan Cəmiyyətinin ənənəvi tədbirlərindən biridir. Onu da qeyd edək ki, tədbir tələbələrin şəxsi ianələri hesabına reallaşıb.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

™Bakinec™

11 Dekabr 2013 22:53

Yaxşı Oxuyub Thanks yes

songül

9 Dekabr 2013 16:42

Yaxşı oxuyub.teşekkürler xebere göre

Həyat

9 Dekabr 2013 14:31

Ferehlendirici bir weydi
--------------------
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Həyat-bir kitabdır ki, müəllifi sən özünsən.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Eva_1

9 Dekabr 2013 10:28

NƏ gözəldi xaricdə belə tələbələrin olması
Tədbir tələbələrin şəxsi ianələri hesabına reallaşıb.
görəsən MƏdəniyyət nazirimiz niyə belə tədbirləri dövlət hesabına reallaşdırmır. Amma kasıblamışıq axı büdcə kəsirimizi benzinin qiyməti ilə ört bas edəcik
--------------------

Night Wolf

9 Dekabr 2013 00:13

menim fikrimce de yaxsi oxuyub ni ploxa
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

MiSS BlaCKStaR

8 Dekabr 2013 22:45

Pis oxumadı..
--------------------
Я оДНа таКаЯ

Я не ЗаменимаЯ


Ve bu da son :)

❃FloRal❃

8 Dekabr 2013 21:57

Qeşeng oxuyub
--------------------

***
❃❃❃

***

A_K

8 Dekabr 2013 21:30

Yaxşıdı pis oxumur
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

LlLesiARe

8 Dekabr 2013 21:27

maraqli ve gozel oxuyub mence. Oxumagi bele boyuk bir sheydi. her adam oxumur