Loading...
Azərbaycanda benzinin qiyməti qalxdı

Azərbaycanda benzinin qiyməti qalxdı

Loading...

Azərbaycanda benzinin qiyməti qalxdı

 

Rabitə xidmətləri üzrə telefon çəkilişi tarifi 40-120 manatdan 30 manata, beynəlxalq danışıq tarifləri 1 dəqiqə üçün zonalardan asılı olaraq 36, 45 və 54 qəpikdən bütün zonalar üzrə 32 qəpiyə, şəhərlərarası danışıq tarifi 1 dəqiqə üçün 7 qəpikdən 5 qəpiyə, faks aparatından aylıq istifadə tarifi 80 qəpikdən 50 qəpiyə qədər azaldılıb

Bu gün Azərbaycan Tarif Şurası növbəti iclası keçirilib. Şuradan APA-ya verilən məlumata görə, iclasda rabitə, hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin, təbii qazın iri istehlakçılara (“Azərenerji” ASC və “Azərikimya” İB) satışı və bəzi neft məhsullarının satışı tariflərinə baxılıb.

 

Şurasının iclasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müraciəti əsasında bir sıra rabitə xidmətlərinin tariflərinə baxılıb və qərar qəbul edilib. Belə ki, rabitə xidmətləri üzrə telefon çəkilişi tarifi 40-120 manatdan 30 manata, beynəlxalq danışıq tarifləri 1 dəqiqə üçün zonalardan asılı olaraq 36, 45 və 54 qəpikdən bütün zonalar üzrə 32 qəpiyə, şəhərlərarası danışıq tarifi 1 dəqiqə üçün 7 qəpikdən 5 qəpiyə, faks aparatından aylıq istifadə tarifi 80 qəpikdən 50 qəpiyə qədər azaldılıb, 107 sifarişli rabitə xidməti üzrə tarif kənd yerləri üçün mövcud 5 qəpik səviyyəsində saxlanılıb, şəhər və rayon mərkəzləri üçün isə 2 dəfə azaldılmaqla 10 qəpik təsdiq edilib. Eyni zamanda, telefon nömrəsinin addan-ada keçirilməsi, şəhərlərarası və beynəlxalq danışıqlara görə açıqlamaların verilməsi, telefona aylıq texniki xidmət göstərilməsi, telefon nömrəsinin seçilməsi üçün ödənişlər ləğv edilib. Şuranın iclasında stasionar telefonlar üçün aylıq abunə haqqı əhali üzrə 2 manat 50 qəpik, büdcə təşkilatları üzrə 7 manat səviyyəsində müəyyənləşdirilib, qeyri-büdcə təşkilatları üçün hazırkı 7 manat səviyyəsində saxlanılıb.

 

Tarif Şurasının iclasında həmçinin, hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin mövcud tarifləri yuxarı tarif həddi kimi təsdiq edilib, ölkədaxili sərnişin hava gəmilərində yükün, poçtun və normadan artıq baqajın daşınması üçün tariflər əvvəlki səviyyədə (ƏDV daxil olmaqla 30 qəpik/kiloqram) saxlanılıb.

 

İclasda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bəzi neft məhsullarının, kimya, alüminium, dağ-mədən filizi əsasında poladəritmə, həmçinin elektrik enerjisi istehsalı müəssisələrinə təbii qazın satışı tariflərinə dair müraciətinə baxılıb və müvafiq tarif tənzimlənməsi həyata keçirilib. Belə ki, Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib, bəzi neft məhsullarının yeni topdansatış qiymətləri təsdiq olunub. Bundan başqa, Şuranın qərarı ilə kimya, alüminium, dağ-mədən filizi əsasında poladəritmə, həmçinin elektrik enerjisi istehsalı müəssisələrinə təbii qazın satışı tarifi isə hər 1000 kubmetr üçün 80 manat səviyyəsində təsdiq edilib.

 

Rabitə xidmətləri üzrə yeni tariflər 1 yanvar 2014-cü il tarixindəntəsdiq olunmuş digər tariflər isə 3 dekabr 2013-cü il tarixindən tətbiq ediləcək.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

™Bakinec™

11 Dekabr 2013 23:00

Hmmm Atamın Maşınını Qaçırdıb sürə bilməyəcəm mercedes

♣YoL_Cu♣

5 Dekabr 2013 18:28

yumurtanın qiyməti qalxan kimi sərt xəəbərdarlıq etmişdi, insafla danışmax lazımdır.)
--------------------
Axmaqlarla mübahisə etməyin. Onlar səni əvvəlcə öz səviyyələrinə endirəcəklər, sonra bu səviyyədə təcrübəli olduqları üçün sənə qalib gələcəklər.

Ledi Luiza

5 Dekabr 2013 18:19

Radiohead,
rəyimi diqqətlə oxu sonra nəsə stat gətir.
--------------------
Hərkəsdən fərqli biriyəm... Tanıyanlar bilir...

Mahir597

4 Dekabr 2013 21:19

Ashagidakilar hamisi neft olkesidir : Venesuela 2 qep , Iran 9 qep , seduyye 15 qep , Qeter 18 qep , Bahreyn 20 qep , Oman 29 qep , kuveyt 22 qep , bruney 37 , Yemen 33 , Boliviya 39 qep , USA 64 QEP . AZERBAYCAN 80 QEP . AXI NIYE ?

cuppi888

3 Dekabr 2013 21:49

EHHH QALDIRMAQLA DEYIL HAA KASIBLARI BAWA DUWMURLER
CETINI SECKIYE QEDERMIW SAKITCILIK yell lovejoy

ToM RiDdle

3 Dekabr 2013 21:33

Normal bir weydi.Normal olaraq yawayiw seviyesi yuksek olan Ingilterenin qazi boldu.Ama orda demek olar ki tez tez qaz ve suyun qiymeti qalxr.
--------------------
Tural Adrian ♥

Səməd

3 Dekabr 2013 21:14

Sitat: Mr_RoCCo
nefti bol olan bir ölkə neft məhsulunun qiymətini 28-30% qaldırırsa başqa şərhə məncə ehtiyac yoxdu. qısaca camaata deyir ki, yıxılın ölün

nokdesinde men qoyum................

İlkay

3 Dekabr 2013 20:11

Bir soz deye bilerem, nas guzei oldu :)

Mr_RoCCo

3 Dekabr 2013 19:38

nefti bol olan bir ölkə neft məhsulunun qiymətini 28-30% qaldırırsa başqa şərhə məncə ehtiyac yoxdu. qısaca camaata deyir ki, yıxılın ölün
--------------------
FaceBook
Instagram - ageelvevo

PERSONA_NON_GRATA

3 Dekabr 2013 16:18

Maaş 10 manat qalxan kimi benzin 100 manat qalxır.. olmaz e a bala... bu dövlət hara bakır?... ireful

Radiohead

3 Dekabr 2013 14:59

Sitat: Ledi Luiza
Onda İtalya, Yunanısdan flan getsin 5-6 defe prezident dəyişsin..


italyada yunanistanda neft cıxır? gürcüstanda benzin 1 manat zaddı ama biz olara 80 qəpiyə satırıx nefti. indi kimi qınıyax, milləti yoxsa nefti elə xarici bazara satdıgı qiymətə bizə soxan dövlətə?
--------------------
Tüpürün bu torpağa rədd olun gedin

Ben tanrı olsam, kadınların tecavüz edilişini izleyecek kadar zavallı olmazdım

Hırsızlık yapmayın çünki hükumet rekabetden hoşlanmaz

Night Wolf

3 Dekabr 2013 13:33

neftin benzinin qiyməti xarici olkələrə baha satsaq daha yaxsi olar ozümüzə baha saatmaq bu bir az duz deyil
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

Ledi Luiza

3 Dekabr 2013 13:09

Maraqlı millətik ee hami ancaq qınamağı bilir.... Guya seckide basqasi saçilseydi belə şeyler olmayacaqdı? Onda İtalya, Yunanısdan flan getsin 5-6 defe prezident dəyişsin... Sadəcə olaraq naşükür millətik...
--------------------
Hərkəsdən fərqli biriyəm... Tanıyanlar bilir...

Radiohead

3 Dekabr 2013 12:22

ilhama səs verib yapa girənliy eliyəndə fikirləşərdiz.
--------------------
Tüpürün bu torpağa rədd olun gedin

Ben tanrı olsam, kadınların tecavüz edilişini izleyecek kadar zavallı olmazdım

Hırsızlık yapmayın çünki hükumet rekabetden hoşlanmaz

azar_1991

3 Dekabr 2013 12:20

ala bunlar neyniree lap agini cixariblar bu camaat skit durur daha bu qederde olmaz daaa ozuvuzu yoxee bunun kasibi var?yetim yusuru var? bes bunlar neynesin ?((((

A_K

3 Dekabr 2013 12:15

Biliyorummm recourse a
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

Arzuu

3 Dekabr 2013 11:40

Adi haldi Azerbaycanda her seckilerden sonra bu hal bas verir. Artiq oyrenceliyik

Resad_Mamedov

3 Dekabr 2013 10:57

Bes seckiler vaxti maashlar artirilanda bilmirdiz ki ustunden 1-2 ay kecenden sonra qiymetler de qalxacaq?Amma insafla demek lazimdi hemishe maash artmamishdan qiymetler artirdi ,bu defe 1-2 ay gozlediler.

Eva_1

3 Dekabr 2013 09:28

Günü gündən irəliyə iri səhv addımlarla gedən olmayan iqtisadiyyatımız gözün aydın .. Amma dözləti bir tərəfdən qınamıram çünki hər ailədə hər üzvünə hardasa bir maşın düşür. Bundanda yararlanan biz olmayacaqdikki dövlət olacaqdı Daha doğrusu dövlətin dövləti ..
--------------------

MiSS BlaCKStaR

3 Dekabr 2013 08:54

Görəsən hansısa il əvvəli qiymətlər düşdü xəbəri olcey?
--------------------
Я оДНа таКаЯ

Я не ЗаменимаЯ


Ve bu da son :)

Nahid-19

3 Dekabr 2013 02:37

Neftin mənbəyində yaşıyasan ama neftdən korluq çəkəsən..manat çıxannan onsuz məlum məsələ idiki əvvəl-axır neftin qiyməti manata dirənəcək....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm