Loading...

"Eurovision"un biletləri satışa çıxarılır
Xəbərlər
- 29 Noyabr, 2013
- 1 658 Baxış
Loading...

Noyabrın 30-da “Eurovision-2014” mahnı müsabiqəsinin biletləri artıq satışda olacaq.
Bu barədə müsabiqənin rəsmi saytında məlumat verilib. Noyabrın 29-da saat 13:00-dan etibarən Danimarkanın “BilletLugen” saytı vasitəsilə minlərlə insan "B&W Zalı"na bilet ala biləcək. Qiymətlər 13 avrodan 241 avroyadək dəyişir.
Belə ki, 13-15 avro ödəməklə müsabiqənin yarımfinallarının məşqində iştirak etmək olar. Final mərhələsində iştirak etmək üçün isə 42 avrodan 241 avroyadək ödəmək lazımdır. Təcrübə göstərir ki, biletləri satışa çıxarıldığı ilk 1 saat ərzində almaq daha əlverişlidir.
Xatırladaq ki, "Eurovision-2014" mahnı müsabiqəsi mayın 6-dan 10-dək Kopenhagendə keçiriləcək. Mayın 6-8-də yarımfinal, 10-da isə final mərhələsi reallaşacaq.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...