Loading...
Yaponiyada 5 milyon dollarlıq yolka satışa çıxarılıb

Yaponiyada 5 milyon dollarlıq yolka satışa çıxarılıb

Loading...
Yaponiyada 5 milyon dollarlıq yolka satışa çıxarılıb

Tokioda "Tanaka Kikinzoku" zərgərlik şirkəti dəyəri 500 milyon iyen (5 milyon ABŞ dolları) olan xalis qızıldan hazırlanmış Milad ağacını satışa çıxarıb. Hündürlüyü 2,4 metr olan ağacın hazırlanmasına təxminən 43 kq-a yaxın qiymətli metal sərf olunub.

Bu barədə "Forbes" Yaponiya mətbuatına istinadən xəbər verir.

Ağac Mikki Mausun, onun hava şarlarında uçan dostları Minni və Donald Dakın təsvirləri ilə bəzədilib. Qızıl yolka öz alıcısını dekabrın 25-də zərgərlik şirkətinin paytaxtın Gindzao məhəlləsindəki mağazasında gözləyəcək. Orada, həmçinin qiyməti 1,62 milyon iyen (16 min dollardan artıq) olan mini-yolkalar da satılır.

Qeyd edək ki, bununla şirkət ötənilki rekordunu qırıb. Belə ki, 2012-ci ilin noyabrında şirkət dəyəri 4,2 milyon dollar olan yolkanı satışa çıxarmışdı.

Tarixdə ən bahalı Milad ağacı isə 2010-cu ildə Əbu Dabidəki (BƏƏ) dəbdəbəli "Emirates Palace" hotelində qurulmuşdu. Ağacın öz dəyəri bir neçə min dolları ötməsə də, onun üzərindəki oyuncaqların hazırlanmasına bir neçə milyon dollar vəsait sərf edilmişdi: oyuncaqların hazırlanmasında mirvaridən, qızıldan, brilliantlardan, sapfir və zümrüdlərdən istifadə olunmuşdu. Ağacdan, eyni zamanda zinət əşyaları - saatlar, bilərziklər, boyunbağılar da asılmışdı. Nəticədə Yeni il yolkasının qiyməti 11 milyon dollar təşkil etmişdi.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

hayatin maglubu

24 Noyabr 2013 02:06

bu yolkaya verilen pul heyifdi mence.. furious yeriyox

Night Wolf

21 Noyabr 2013 13:25

baha olsaydi gedib alardim deeee zarafat cox sag olun
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

Həyat

20 Noyabr 2013 19:03

Əla yolkadı
--------------------
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Həyat-bir kitabdır ki, müəllifi sən özünsən.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

aylin00

20 Noyabr 2013 14:30

Men hec xoslamadım b yolkaya bu qeder pul vermeye deymez

MisS

20 Noyabr 2013 14:25

Sitat: Nahid-19
Yox ay qız sən nə danışırsan elə şey olar günaha batarlare versələr....!

haha haha

serpil

20 Noyabr 2013 14:07

tesekkurler xebere gore

leyli 23

20 Noyabr 2013 12:36

pis olmaz agilli ideyadi

hecne ebedi deyil

20 Noyabr 2013 05:49

Haa dunen seher tezden radyoda ewitmiwdim

A_K

19 Noyabr 2013 23:22

Nahid-19,
Yox ay qız sən nə danışırsan elə şey olar günaha batarlare versələr...

Demə demə:)
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

ıssız adam

19 Noyabr 2013 23:19

tutaqki bu yolkani aldiq eve getirdik sonra evdeki usaqlar demezzmi bes bu yolkanin zer -zibonu oyuncaqlari hani sorada get bu yolkani tulla bazardan qeseng yasil yolka al winked

Nahid-19

19 Noyabr 2013 23:14

Sitat: JE TAIME
Ondansa verin o pulu kasıb-kusubada nolarki

Yox ay qız sən nə danışırsan elə şey olar günaha batarlare versələr....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

Starbucks

19 Noyabr 2013 23:11

5 Milyon Dollara gedib 5-6 ev alaram.İçlərinə də 15-20 Yolka lap olsun...!Nəyimə lazım 15-20 günlük evimin bəzəyi olacaq yolkaya 5 MİLYON dollar verim?!
--------------------
Follow İnstagram: @anti_standart

A_K

19 Noyabr 2013 23:11

Ondansa verin o pulu kasıb-kusubada nolarki
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

LlLesiARe

19 Noyabr 2013 23:06

Qeshey maraxli yolkadiye ama..

Nahid-19

19 Noyabr 2013 23:06

Vauuuuuuuuu supper..Yaponlardan nə disön çıxar....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

LlLesiARe

19 Noyabr 2013 23:06

31 dekabr bular ucun ne tez gelib.