Loading...
Azərbaycanda ali təhsil pulsuz olacaq

Azərbaycanda ali təhsil pulsuz olacaq

Loading...
Azərbaycanda ali təhsil pulsuz olacaq


Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsil müəssisələrinin infrastrukturuna dair norma, standart və qaydaların təkmilləşdirilməsi, beynəlxalq təcrübə əsasında təhsil müəssisələrinin akkreditasiyası sisteminin, təhsil sistemində dövlət sifarişinin formalaşdırılmasına yenidən baxılması, ölkənin siyasi, iqtisadi və sosial inkişafının real tələbatına əsaslanaraq prioritet sayılan sahələr üzrə kadr hazırlığının təmin edilməsi qarşıya məqsəd qoyulub.

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul və yerləşdirmə mexanizminin təkmilləşdirilməsi, dövlət və özəl ali təhsil müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi və dövlət sifarişinin yalnız ixtisaslar üzrə müəyyənləşdirilməsi nəzərdə tutulur. Eyni zamanda təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin yaradılması, təhsil müəssisələrinə idarəetmə, akademik, maliyyə və təşkilati muxtariyyət verilməsi, təhsil müəssisələrində strateji idarəetmənin tətbiqi mexanizmlərinin yaradılması da planlaşdırılıb.

Bundan başqa, Azərbaycanda 12 illik ümumi təhsilə keçid strateji hədəf kimi müəyyənləşdirilib.

Bu, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qeyd olunub.

Strateji hədəf və tədbirlər sırasında məktəbə hazırlıq təhsilinin (1 il) icbariliyinin təmin olunması, erkən yaşlı uşaqların məktəbəqədər təhsillə əhatəsinin 90 faiz səviyyəsinə çatdırılması, 10 illik icbari ümumi orta təhsil və 2 illik tam orta təhsil modelinə mərhələli şəkildə keçidi təmin etməklə, 12 illik ümumi təhsil sisteminin yaradılması, tam orta təhsil səviyyəsində təhsil müəssisələrinin müxtəlif istiqamətlər üzrə bölünməsi yer alıb.

Qeyd edim ki, 24 oktyabr prezident İlham Əliyev “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, dövlət başçısı Azərbaycan Respublikasında səriştəli təhsilverənlərə, ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət nəticələrinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan, iqtisadi cəhətdən dayanıqlı təhsil sistemini yaratmaq məqsədi ilə Dövlət Strategiyasını təsdiq edib.

Nazirlər Kabinetinə bu sərəncamla təsdiq edilən Dövlət Strategiyasının həyata keçirilməsi üzrə fəaliyyət planının layihəsini beş ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; bu sərəncamla təsdiq edilən Dövlət Strategiyasının icrasının gedişi barədə hər il üzrə hesabatı növbəti ilin 1 mart tarixinədək Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

emiwka

19 İyun 2014 10:59

hee lap yaxsi cox sevindim bu xebere gore imkani olmayan insanlarda ali tehsil ala bilecekler Allah razi olsun
--------------------
Getdim Sagolun

NEW LIFE♥☻

30 Oktyabr 2013 12:47

Plevaaaat...Onsuzda bu il mektebi qurtariram axrinci ilimdi Wukurrr ILAHI hello

Aidan

29 Oktyabr 2013 22:35

Türkiyə kimi elədilər ki lap. heyf deyildi 10 illik sistemə
--------------------
Dream it.
Wish it.
Do it.

Karacicek

29 Oktyabr 2013 21:08

Sitat: JE TAIME
Inanmağım gəlməsədə inşallah deyək

INSAALLAH!!! teki deyilen kimi olsun.

Devilest_Love

29 Oktyabr 2013 17:59

1_DiReCTiOnER,
Night,
Tam razi.

Dizzy

29 Oktyabr 2013 15:12

Bu dəqiqə deyilər pulsuzdu amma adamın qanını içirlər pulsuz heçnə yoxdu indiki zəmanədə. inşallah pulsuz olar . bully

violetta

28 Oktyabr 2013 21:16

Tebrik edirem.......xeyirli olar insallah

hecne ebedi deyil

28 Oktyabr 2013 20:48

bekarciliqdiye deyesen yazq uwaqlar

DonnA

28 Oktyabr 2013 19:15

11 il oxuyub yaritdilar 12 ile ucurdacaqlar ) sizde meni bagisliyin ay zirt
--------------------
Həyat ölümə qaçmaqdır əslində..

LlLesiARe

28 Oktyabr 2013 18:56

Mene dushmur. Yaziq balacalar. 1 il daha cox eziyyet cekecekler

Günka7

28 Oktyabr 2013 18:40

Tebrik edirem:)

She Love Wolf

28 Oktyabr 2013 17:08

tüüküreyim size tüüü:)ama mene ferq etmez oxuyan ele her sinifde oxuyar ister 12 ister 11.

ama yenede 1 uzatmagin menasi yox idi.

Sitat: Eva_1
O illə düşənlərə səbr diləyirəm Müəllimlərin üzü güləcək 1 ildə artıq money alacaqlar

Allahtan men o ile duşmemişem:))

JE TAIME,
Inanmağım gəlməsədə inşallah deyək

Uje uzatdilar:)insallah demene gerek yok:).

MisS

28 Oktyabr 2013 17:00

biy ne yaxsi...

F_N

28 Oktyabr 2013 16:48

Hayirlisi olsun,mene dexli yoxdu))

Eva_1

28 Oktyabr 2013 11:01

O illə düşənlərə səbr diləyirəm Müəllimlərin üzü güləcək 1 ildə artıq money alacaqlar
--------------------

masa.kasa91

28 Oktyabr 2013 04:04

HEEEEEEEEEEEEC YERI YOXDU OXUYAN 11 DE ADAM KIMI OXUYUB BITIRER 12 HEC EHTIYAC YOXDU BIRKI OLKE 12 ILLIYE KECDI DIYE BIZDE KECMELIYIK MENASIZDI HEC TESDIQLEMIREM

Night Wolf

28 Oktyabr 2013 00:52

bambilidilar ee guya 11 bay eledik kecirik 12 ye hec 10 oxuyan yoxdu o ki qaldi 12 ni oxusunlar
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

ıssız adam

28 Oktyabr 2013 00:50

oxumaq oxumaq yenede oxumaq : smile azeri gencini nezere alsaq hele cox iller elave olacaq

A_K

28 Oktyabr 2013 00:27

Inanmağım gəlməsədə inşallah deyək
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

ToM RiDdle

28 Oktyabr 2013 00:27

Tebrik edirem.Eto Azerbaijan )
--------------------
Tural Adrian ♥