Loading...
Sürücülük vəsiqəsi necə alınacaq

Sürücülük vəsiqəsi necə alınacaq

Loading...

 

Sürücülük vəsiqəsi almaq üçün imtahan şərtlərində dəyişiklik edilib. Bundan sonra sürücü olmaq istəyənlər üçün praktik avtomobil sürücülüyü imtahanı iki mərhəldə aparılacaq.
Nazirlər Kabinetinin təsdiqlədiyi dəyişikliyə əsasən birinci mərhələ xüsusi qapalı meydanda və ya motodramda, ikinci mərhələ isə sınaq marşurutlarında baş tutacaq. Yəni sürücülük vəsiqəsi almaq istəyən şəxslərə müəyyən olunmuş avtomagistral yolda hərəkət etmək imkanı yaradılacaq. Həmin şəxslər marşurutun xəritəsi ilə əvvəlcədən tanış ola biləcəklər. Hər iki mərhələyə nəzarət, informasiya komunikasiya texnalogiyaları tərəfindən həyata keçiriləcək. Sürücülərin bu dəyişikliyə münasibəti isə birmənalı deyil.
Avtoekspertlər hesab edirlər ki, imtahanların qəbul edilməsi qaydalarının təkmilləşdirilməsi müsbət nəticələr verə bilər. Məsələn sürücülük vəsiqəsi almaq istəyən şəxs sürücülük məktəblərində müəyyən olunmuş saatlarda təlim keçirlər ki, bu da müddət etibarı ilə az olduğundan onu qavramağa imkan vermir. Eləcə də həmin dərs saatlarının bəzən istənilən səviyyədə keçilməməsi də praktiki mərhələdə sürücü üçün çətinliklər yaradır.
Avtoekspert Azər Allahverənov hesab edir ki, yeni sistem sürücülük vəsiqəsini almaq istəyənlərin avtomobil idarəetmə bacarıqlarını tamamilə ortaya qoyacaq. Eyni zamanda bu istiqamətdə baş verə biləcək hər hansı bir neqativ halların da qarşısını alacaq.
Artıq beynəlxalq təcrübədə də bu sistemlərdən istifadə olunur. Məsələn Finlandiyada sürücülük vəsiqəsini almaq istəyənlər bir neçə mərhələdə imtahan verməli olurlar. Bunun maraqlı tərəfi isə ondadır ki, sürücülər üçün nəzərdə tutulan məktəblər avtoparklar müxtəlif hava şəraitinə hesablanıb. Yəni sürücü olmaq istəyən şəxs istənilən fəsildə avtomobili düzgün idarə etmək bacarığına yiyələnməlidir.
Ümid edək ki, ölkəmizdə də sürücülük vəsiqəsi almaq üçün imtahan şərtlərindəki dəyişiklik zamanla öz nəticəsini göstərər

 

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

MisS

28 Oktyabr 2013 17:44

ayda men hec masini gucnen sururem ee

F_N

28 Oktyabr 2013 16:57

Men hazirlawiram almaga,gorekdee

Filay

27 Oktyabr 2013 19:47

Məni gördü də fellow

Kompyuter Temiri

27 Oktyabr 2013 12:13

урааааааа))))))) матадром )))))

Dizzy

27 Oktyabr 2013 00:41

Əla inşallah sürücülük vəsiqəsi hamıya qismət olar .

LlLesiARe

26 Oktyabr 2013 16:12

beli bele de olmali idi

Night Wolf

26 Oktyabr 2013 16:02

sag olun bize bele bir melumati catdirdiz
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

MiSS BlaCKStaR

26 Oktyabr 2013 15:59

Mende istiyirem(
--------------------
Я оДНа таКаЯ

Я не ЗаменимаЯ


Ve bu da son :)

Starbucks

26 Oktyabr 2013 15:53

Məncə düzgün dəyişiklikdir...
--------------------
Follow İnstagram: @anti_standart