Loading...
Gecə həyatı gəncləri məhvə aparır

Gecə həyatı gəncləri məhvə aparır

Loading...
Gecə həyatı gəncləri məhvə aparır

 

Yuxusuz qalıb gecəni kompyuter arxasında, hansısa əyləncə mərkəzində keçirən və yaxud da işlərə məşğul olan gənclərin sağlamlığında hansı problemlər yaranacağını araşdırıb.

Qeyd edək ki, həkimlərin tövsiyyə etdiyi 8 saatın iki saatını belə yatmayan gənclərlə bağlı araşdırmalar ciddi narahatçılığa əsas verir. Həkim terapevt Elbrus Məmmədov da Movqe.az-a gecə həyatına meyilli olan gənclərin sağlamlıqları üçün ciddi təhlükə yaratdıqlarını söyləyir.

Həkim-terapevt deyir ki, gecəni yuxusuz qalmaq daha çox yaddaşa təsir göstərir: " İnsan beynində toplama məntəqəsi deyilən bir şöbə vardır. O, görünən və eşidilən informasiyam toplayır. Beyin kifayət qədər yuxu almadıqda, bu şöbəyə daxil olmaq mümkünsüz şəkil alır. Bu şöbədə toplanan informasiyaya bir neçə gün müraciət etmədikdə, o, tamamilə silinir. Daimi yuxusuzluq zamanı yuxu dərmanlarından istifadəyə tələbat artır. Lakin bu cür vasitələrin mütəmadi tətbiqi depressiya, artrit, nevroloji pozuntular kimi ciddi xəstəliklərin yaranmasına səbəb ola bilər. Yuxu məhz bu cür xəstəliklər nəticəsində pozulduqda isə, onu yaradan xəstəliklərin təcili müalicəsinə başlamaq lazımdır”.

Terapevtin sözlərinə görə, gecəni yatmayıb gözlərinin acısını gündüz alanlar yuxu normasını doldurduqlarını düşünsələr də, yanılırlar: "Gecə saatlarında insan bədənində qan yaranır. Bu proses insan yuxuda olarkən baş verir. Əgər insan mütəmadi olaraq gecələri yatmırsa bu həmin insanda anemiya xəstəliyinin yaranması ilə nəticələnir”.

Elbrus Məmmədovun sözlərinə görə, yuxusuzluq insanın nəinki fiziki, həmçinin ruhi sağlamlığına məhvedici təsir göstərir: "Yuxu orqanizmin ahəngdar fəaliyyəti üçün zəruridir. Beyin hüceyrələrinə də istirahət lazımdır. Onların da bütün digər orqanlar qədər istirahətə ehtiyacı var. Əgər beyin hüceyrələri kifayət qədər istirahət etmirsə, onlar gec-tez əvvəlki kimi fəaliyyət göstərə bilməyəcəklər. Zərər çəkmiş hüceyrələr əsəb pozğunluqlarına və mərkəzi sinir sisteminin işində problemlərə gətirib çıxaracaqdır.

Bundan başqa, yuxusuzluq immuniteti zəiflədir. Yuxusuzluq qandakı şəkərin miqdarını sürətlə artırır və şəkərli diabet xəstəliyini yaradır. Bununla yanaşı yuxusuzluq cinsi pozğunluğa və astma xəstəliyinin yaranmasına gətirib çıxarır. Yuxusuzluğun yaratdığı digər bir fəsad isə xərçəng xəstəliyidir. Əgər gecələr normal yuxu bərpa edilməzsə, bu ciddi təhlükəli xəstəliklər yarada bilər. Ürək damar xəstəliklərindən psixoloji problemlərə qədər bir çox xəstəlik yuxusuzluqla birlikdə şiddətlənir. Yuxusuzluq, eyni zamanda yorğunluq, halsızlıq, istəksizlik, əsəbiliyə səbəb ola bilir. Toksinlər yuxu ilə təmizlənə bildiyi üçün lazım olan qədər yuxunu almadıqda bu maddələr orqanizmin zəhərlənməsinə səbəb olur”.

Terapevt odur ki, gənclərin gecə həyatından çəkinməli olduğunu, gənckən orqanizmlərinin xəstəliklərlə üz-üzə qoymalarının yaşama müddətini qısaltmaları ilə nəticələnəcəyini bildirir”.

Fikirlərinizi bizimlə bölüşün, bəs siz necə düşünürsünüz?
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

A_K

20 Noyabr 2013 14:00

Menim gece heyatım televizordı:)
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

LlLesiARe

2 Noyabr 2013 11:26

Offf hayaletler ulkesi gibi yaaa. Cok ilginc

Smiler

1 Noyabr 2013 23:27

this is nightlife:)

ToM RiDdle

1 Noyabr 2013 23:17

Kef eliyin )
--------------------
Tural Adrian ♥

Nahid-19

1 Noyabr 2013 23:10

Vauuuuuuu əsil mənim həyatım..Düzü cavankığın ləzzətidi amaaaaaaaaaa....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

Night Wolf

1 Noyabr 2013 23:09

bu fikirle raziyam eylencenin de oz vaxti va istirahetinde de gerek onu duzgun novbelesdiresen
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!