Loading...
Azərbaycanda Qurban bayramı qeyd olunur

Azərbaycanda Qurban bayramı qeyd olunur

Loading...

Azərbaycanda Qurban bayramı qeyd olunur

 

Bu gün Azərbaycanda islam aləmində ən möhtəşəm bayramlardan biri olan müqəddəs Qurban bayramı qeyd edilir.

 

İslamda cəmi iki bayram - Eydül-əzha (Qurban bayramı kimi tanınan bayram) və Eydül-fitrə (Orucluq bayramı - kiçik bayram) bayramları qanuniləşdirilib. Qurban bayramı islam dininin ən vacib sayılan fərzlərindən biri kimi Quranın tələb etdiyi dini tələbdir.

 

Bu bayram müsəlmanların həcc ziyarəti mərasiminin bir hissəsidir. Qurban bayramı müsəlman təqviminin (hicri-qəməri təqvimi) 12-ci ayı olan zilhiccə ayının 10-cu günü Məkkədə həcc dövründə qurbanlıq heyvanların kəsilməsi şəklində qeyd olunur.

 

Azərbaycanda Qurban bayramı qeyd olunur

 

İslam dini böyük inama, Uca Allaha qurban verməkdə də əvəzsiz inqilab yaratdı. Bəşəriyyəti insanı qurban verməkdən çəkindirdi, bu cür qurbanı hətta qadağan etdi. Ona görə də islam dini Allahın adından buyurdu ki, insanın əvəzinə qurbanlıq heyvan kəsilməlidir. Qurban mərasiminin vaxtı da müəyyənləşdirildi. Əvvəllər kim nə vaxt istəsəydi, qurbanlıq heyvan kəsə bilərdi. Bayramı daha da şərəfləndirmək üçün onun ildə bir dəfə - zilhiccə ayının 10-da keçirilməsi qanuniləşdirildi.

 

Quranda deyilir: "Allah Beytülhəram (müqəddəs ev) olan Kəbəni haram ayı (zilhiccəni), (Kəbəyə gətirilən) boyunları bağsız və bağlı (boyunlarına nişan taxılmamış və taxılmış) qurbanları insanların (dini və dünyəvi işlərinin) düzəlib sahmana düşməsi üçün bir yol müəyyən etdi. Bu ona görədir ki, Allahın göylərdə və yerdə nə varsa (hamısını), bilməsini, özü də Allahın hər şeyi (layiqincə) bilən olmasını siz də biləsiniz!" (Quran, 5-ci surə, 97-ci ayə).

 

Azərbaycanda Qurban bayramı qeyd olunur

 

Bu mərasim yerlərdə də keçirilir. Hər hansı niyyət üçün qurbankəsmə istənilən gündə ola bilər.

 

Sovet hakimiyyəti dövründə din və dini ayinlər, bayramlar da tənqid hədəfi olub.

 

Azərbaycan müstəqilliyə qovuşduqdan sonra xalqın dininə, milli ənənələrinə, milli və dini bayramlarına hörmət və diqqət yetirilməyə başlandı.

 

Azərbaycanda bu il Qurban bayramı oktyabrınn 15 və 16-da qeyd edilir.

 

Joy.az kollektivi olaraq, bayramınızı təbrik edir, kəsilən qurbanlarınızın xeyirli və bərəkətli olmasını diləyirik...

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Swagy Angel

20 Oktyabr 2013 12:47

gec olsada butun userleri tebrik edirem)

Nina Guney

16 Oktyabr 2013 18:03

Bayraminiz mubarek
--------------------
Olmursa olmur...Vardır Allah'ın bir
bildiyi. Üsyan etmə, sonradan anlayarsan sənin üçün edilən yaxşıliğı.'
- Hz. Muhammed (s.a.s.)

DonnA

16 Oktyabr 2013 12:15

Neche bele bayramlara. bayraminiz Mubarek
--------------------
Həyat ölümə qaçmaqdır əslində..

_Aymir_

15 Oktyabr 2013 19:11

Qurban bayraminiz mubarek)
--------------------
Ağıllı bi təklik axmaq bi əlaqədən yaxşıdır; ya kralın yanında kraliça olarsan ya da soytarının yanında məsxərə! Tərcih sənin!

FIORE

15 Oktyabr 2013 15:08

Bayramınız mübarək
--------------------
♥ ♥ ♥

▅ ▃ ▂ ◕‿◕ ▂ ▃ ▅

_Angel_

15 Oktyabr 2013 15:01

ana sehifedeki qoyunlar ne wirindi uss)) Bayraminiz mubarek nece bele illere)
--------------------
Heçnə yox, bircə göz yaşlarımı sənə haram etsəm, CƏNNƏT xəyalın olar!

Starbucks

15 Oktyabr 2013 14:56

Bütün Azərbaycan xalqını QURBAN BAYRAMI münasibəti ilə təbrik edirəm!!!
--------------------
Follow İnstagram: @anti_standart

Mr_RoCCo

15 Oktyabr 2013 13:52

Hamınyızı təbrik edirəm :)
--------------------
FaceBook
Instagram - ageelvevo

Princess Jasmin

15 Oktyabr 2013 13:18

Bayramınız mübarək
--------------------
Bazen.. Hayat, bizi mutlulukla sınar, Bazen kederle, bazen intikamla, bazen acıyla..

_Bella_

15 Oktyabr 2013 12:37

Bayramınız mübarək :)
--------------------
Qarşına "ümidlə" bax, arxana "şükürlə", yuxarıya "imanla", ətrafına" hörmətlə"...

MisS

15 Oktyabr 2013 12:20

haminin bayrami mubarekdi missayka seninde xebere gorede ayrica sagol loveis

LlLesiARe

15 Oktyabr 2013 12:04

Bayraminizi tebrik edirem

İlkay

15 Oktyabr 2013 11:52

Her kesin Qurban bayramini tebrik edirem :)

Internation

15 Oktyabr 2013 10:30

Siznen Bahem

PIOTRE

15 Oktyabr 2013 10:12

SALIXLA ETI ISTESINLER haha

MiSS BlaCKStaR

15 Oktyabr 2013 10:11

Bayraminiz mubarek...
--------------------
Я оДНа таКаЯ

Я не ЗаменимаЯ


Ve bu da son :)

❃FloRal❃

15 Oktyabr 2013 09:09

Bütün müselman dünyasının qurban bayramını tebrik edirem
--------------------

***
❃❃❃

***