Loading...
Mustafa Ceceli Bakıda konsert verdi

Mustafa Ceceli Bakıda konsert verdi

Loading...
Qonaq sənətçi səhnəyə çıxmazdan öncə xalq artisti Alim Qasımov və qızı Fərqanə Qasımova ifaları ilə hər kəsdə xoş əhval-ruhiyyə yaradıb. Tədbirin aparıcıları şoumen Murad Dadaşov və telejurnalist Nərgiz Cəlilova olublar.

İlk olaraq tamaşaçılar sözləri Cəlal Qurbanova, musiqisi Gövhər Həsənzadəyə məxsus olan “Sən azərbaycanlısan” mahnısının klipini izləyiblər və milli rəqs qrupu gələn qonaqları əyləndirib. Daha sonra Mustafa Ceceli səhnəyə çıxıb. Həyəcanlı olduğunu dilə gətirən müğənni ifasına “Es” mahnısı ilə başlayıb.

Bundan sonra Mustafa Ceceli tamaşaçılarla birgə ilk mahnısı “Unutamam”ı ifa edib. Müğənni konsert müddətində musiqi alətlərində ifa etməsi ilə seçilib. Bundan başqa o, Azərbaycan rəqslərindən müxtəlif nümunələr nümayiş etdirməyə çalışıb. Tədbirdə maraqlı məqamlardan biri də Fəxriyyə Xələfovanın Mustafaya ətir hədiyyə göndərməsi olub. Anşlaq yaşanan tədbirdə daha bir sürpriz gecənin sonunda olub. Belə ki, Azərbaycan xalq mahnısı “Tar kamanım”ı ifa edən Mustafa Ceceli gurultulu alqışlarla qarşılanıb. Digər türkiyəli və əcnəbi ifaçılardan fərqli olaraq, Mustafa mahnının sözlərini təhrif etmədən azərbaycan dilində səlis şəkildə ifa edib.

Tədbirə gələnlər arasında əməkdar artist Elza Seyidcahan, müğənnilər Səidə Sultan, Günay İbrahimli, Ruhəngiz Allahverdiyeva, Aysel Əlizadə, teleaparıcı Murad Arif, aktyor Rafael İsgəndərov və başqaları olub. Gecənin sonunda Alim Qasımov, Fidan və Xuraman Qasımova bacıları, Zülfiyyə Xanbabayeva və Mustafa Ceceli birlikdə “Sən Azərbaycanlısan” himnini səsləndiriblər. Mahnı oxunarkən hər kəs ayaq üstə qalxaraq Azərbaycan bayrağını dalğalandırıb.

Mustafa Ceceli Bakıda konsert verdi

Mustafa Ceceli Bakıda konsert verdi

Mustafa Ceceli Bakıda konsert verdi

Mustafa Ceceli Bakıda konsert verdi

Mustafa Ceceli Bakıda konsert verdi

Mustafa Ceceli Bakıda konsert verdi

Mustafa Ceceli Bakıda konsert verdi

Mustafa Ceceli Bakıda konsert verdi

Mustafa Ceceli Bakıda konsert verdi

Mustafa Ceceli Bakıda konsert verdi
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Gunay

7 İyun 2014 21:26

mustafa cecelinin ozunude mahnilarinida cox sevirem

biz ki varik biz azeriyik.

30 May 2014 20:32

ayyy mustafa seni butun kizlar sevir mende seni sevirem... sevgi ayyyy mahnilarinin hepisi guzel kiss

men bakida qalmiram yoxsa indi ordaydim,,mensiz konsert olar caniwkalar ooohhh bbeee wink2

qara07

15 Oktyabr 2013 12:30

yaxsi mahnilari var

Kerimzade

14 Oktyabr 2013 19:31

Bunun nəyinə qulaq asırlar?

hecne ebedi deyil

13 Oktyabr 2013 19:27

aydaaa awkim yaaa verdi tuh be bawim qariwiq oldu kacrdiiiim ....((( cok uzgunum wu andaaa

Kristina

13 Oktyabr 2013 14:35

getmek isteyerdim cooox heyif gede bilmedim qaldi gelen defeye artiq

_Bella_

13 Oktyabr 2013 12:54

Dünən aztvdən baxım.. getmək istiyirdim :( ama konsertdəki yaltaqlığı gördükdən sonra dedim ki,yaxşı ki getməmişəm -_-
--------------------
Qarşına "ümidlə" bax, arxana "şükürlə", yuxarıya "imanla", ətrafına" hörmətlə"...

Leyy.

12 Oktyabr 2013 17:49

getmek isterdim((

_1D_

12 Oktyabr 2013 17:04

Aayiiiiiiiiiii canım benim yaaaaaaaa sm16

LlLesiARe

12 Oktyabr 2013 17:01

Bileti pulsuz verseydiler gederdim.

Night Wolf

12 Oktyabr 2013 16:52

axir zamanlar Mustafa cecelini cox dinleyirem
coox yaxsi mugennidir
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!