Loading...
İmran Cəfərzadənin işi ilə bağlı yeni xəbər var

İmran Cəfərzadənin işi ilə bağlı yeni xəbər var

Loading...
İmran Cəfərzadənin işi ilə bağlı yeni xəbər var


Bu il iyulun 21-də Bakı şəhər sakini, 2010-cu il təvəllüdlü İmran Cəfərzadənin Xaçmaz rayonunun Seyidli kəndində fəaliyyət göstərən “Nabran Holiday Village” istirahət mərkəzində ağır bədən xəsarətləri alması ilə nəticələnən hadisə ilə bağlı həbs olunan 3 nəfərin həbs müddəti uzadılıb.

Bu barədə məlumat verən vəkil Kamandar Nəsibovun sözlərinə görə, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə hər üç şəxsin həbs müddəti 2 ay uzadılıb.

Qeyd edim ki, hadisə baş verdikdən bir neçə gün sonra Xaçmaz Rayon Məhkəməsinin qərarı ilə Xaçmaz rayonu Xudat şəhər sakini Aslan Hacıməmmədkərimov, obyektin icarədarı, Xaçmaz rayonu Xudat şəhər sakini İbrahimov Firdovsi Ağamusa oğlu və Sumqayıt şəhər sakini Rəşad Zərbəliyev barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.

Respublika Baş Prokurorluğunun hadisə ilə bağlı yaydığı məlumatda bildirilib ki, iyulun 21-də Bakı şəhər sakini, 2010-cu il təvəllüdlü İmran Cəfərzadənin Xaçmaz rayonunun Seyidli kəndində fəaliyyət göstərən “Nabran Holiday Village” istirahət mərkəzində xəsarət alaraq Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və polis şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, izahatlar alınıb, məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, İ.Cəfərzadə atası ilə birlikdə qeyd edilən tarixdə saat 12:30 radələrində istirahət etdikləri mərkəzin ərazisindəki hovuzun içərisində suda olarkən hovuzun yaxınlığında quraşdırılmış “Akvapark” adlanan qurğu işlək vəziyyətə gətirilib. Bu zaman su borusunun hovuzun içərisindəki hissəsində təhlükəsizliyi təmin edəcək qoruyucu barmaqlıq olmadığından yaxınlıqda olan azyaşlı İ.Cəfərzadənin hər iki ayağı həmin borunun içərisinə daxil olaraq ağır bədən xəsarətləri alıb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.1 (əmək mühafizəsi qaydalarını pozma) və 314.2-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb. Cinayət işinin istintaqı Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb. Hazırda iş üzrə istintaq davam etdirilir.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Konul k

2 Oktyabr 2013 10:45

oranin iwcileride her halda istemezdi bele olsun

Starbucks

1 Oktyabr 2013 23:31

ALLAH şəfa versin bu uşağa!AMİN!!!
--------------------
Follow İnstagram: @anti_standart

LlLesiARe

1 Oktyabr 2013 20:52

AY ALLAH NE SHIRINDI BU USHAQ... COXXXX SEVIREM USHAQLARI

Kedicik_19

1 Oktyabr 2013 20:40

eh bu diqqetsizlik camaatin axirina cixacaq

Mələk

1 Oktyabr 2013 18:23

heçnə yox uşağın işi düzəlsin.oların cəzasın Allah versin

M_A_R_I_K

1 Oktyabr 2013 17:40

hech kim isdemezdi bele bir hadise baw versin..Allah komeyi olsun
--------------------
Əxlaqı tərbiyə edən ən nadir kitab – vicdandır.

Onunla tez – tez məsləhətləşmək lazımdır.!!!!

{---Eger istemirsense sirrini düşmenin bilsin, onda sirrini dostuna da deme.---}

_SUS_

1 Oktyabr 2013 17:23

OLSUNLEERRR HAMISI..

sm32 AZ ONLARA CEZAA