Loading...
Avtobuslarda kart sistemi – Tezliklə

Avtobuslarda kart sistemi – Tezliklə

Loading...
Avtobuslarda kart sistemi – tezliklə


Nəqliyyat sektorunda vahid ödəniş kartlarının tətbiqinin yubanmasının səbəbi kart yükləmələr üçün avtobus dayanacaqlarında müvafiq aparatların quraşdırılması ilə əlaqədardır.

Bu sözləri “Bakı sərnişin nəqliyyat” Departamentinin mərkəzi nəzarət dispetçer şöbəsinin aparıcı məsləhətçisi Etibar Əzməmmədov deyib.

E.Əzməmmədov bildirib ki, 25 marşurutda, 1 000 avtobusda kart sisteminə keçid üçün vladiatorların quraşdırılması işi yekunlaşıb:

Hazırda dayanacaqlarda kart yükləmələr üçün aparatların quraşdırılması işləri gedir. Artıq Neftçilər prospektindəki dayanacaqlarda aparatların quraşdırılmasına start verilib. 25 marşurut xətini əhatə edən dayanacaqların hamısında kart yükləmələr üçün aparatlar quraşdırıldıqdan sonra, kartların satışına başlanılacaq.

Kartları sərnişinlər qəzet köşklərindən əldə edə biləcəklər. Sərnişinlər elə dayanacaqdaca kartlarına həmin aparatlar vasitəsilə gediş yükləyə biləcəklər. Mini bankomatları xatırladan aparatlar avtobusların alınmasına lizinq ayıran bankların sisteminə bağlıdır. İndiyədək proses ona görə gecikirdi ki, avtobuslarda kart sistemi həmin lizinq ayıran bankların sisteminə bağlanırdı ki, həmin banklara borclu xətt sahiblərinin aylıq borcu elə gedişhaqlarından çıxılsın.

Artıq sistemdə bağlantı yekunlaşıb və oktyabr ayının ortalarından nəqliyyatda kart sisteminin müəyyənləşmiş marşurutlar üzrə tıtbiqinə başlanılacaq
”.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

qara07

3 Oktyabr 2013 00:01

teki hersey yaxsiliqla olsun

♣YoL_Cu♣

1 Oktyabr 2013 17:52

bunun da bir qənbər qulusu çıxacaq.
--------------------
Axmaqlarla mübahisə etməyin. Onlar səni əvvəlcə öz səviyyələrinə endirəcəklər, sonra bu səviyyədə təcrübəli olduqları üçün sənə qalib gələcəklər.

Aidan

1 Oktyabr 2013 15:42

Yaxşıdı da day 3 saat pul axtarmazlar) mən onsda avtobusdan istifadə eləmirəm ki :\
--------------------
Dream it.
Wish it.
Do it.

LlLesiARe

1 Oktyabr 2013 11:55

inanmiram ki olsun bele bir sherait... Bizim basabas avtobuslarimiza bu yarashar hec

Millet neyniyirse bular da o saat....

Mələk

1 Oktyabr 2013 10:09

avropalaşırlar guya

PeTTy

1 Oktyabr 2013 07:58

Bizim vehşi avtobusumuza yaramaz, minib düşmek olmur basabasdan qaldı kartdan istifade

Starbucks

1 Oktyabr 2013 07:00

Məncə by ssitem daha rahat və səliqəlidir)
--------------------
Follow İnstagram: @anti_standart