Loading...
Bu Gün Aşura Günüdür!

Bu Gün Aşura Günüdür!

Loading...
Bu Gün Aşura Günüdür!


Polis gücləndirilmiş iş rejiminə keçəcək
Dini icmalar isə kütləvi tədbirlər üçün meriyaya müraciət etməyib
Sabah Məhərrəm ayının onuncu günüdür. Aşura kimi qeyd edilən bu gündə İmam Hüseyn əleyhissəlam anılacaq, inanclı insanlar məscidlərə və ziyarətgahlara baş çəkəcək, əzadarlıq məclisləri təşkil olunacaq. Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Məhərrəm ayının gəlişi ilə bağlı verdiyi fitvada kütləvi mərasimlərin keçirilməsinin Bakı Şəhər İcra Hakimiyyətinin icazəsindən sonra baş tutacağını, belə bir qərarın isə insanların təhlükəsizliyinin qorunmasına xidmət etdiyini bildirmişdi. Bəs sabahkı mərasimlər hansı formada həyata keçiriləcək? Məscidlərin təhlükəsizliyi hansı formada təmin olunacaq?Suallara aydınlıq gətirmək məqsədilə aidiyyəti orqanlara müraciət etdik.
QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova Aşura günündə məscid və ziyarətgahlarda təziyyə mərasimlərinin keçiriləcəyini söylədi: “Təşrif buyuran insanlar İmam Hüseyn əleyhissəlama olan məhəbbətlərini izhar edəcəklər. Həmin gün ehtiyacı olanlara qan veriləcək. Bu kampaniya bir neçə ildir ki, həyata keçirilir və insanlar tərəfindən də hörmətlə qarşılanır”.
Məhərrəmlik və Aşura mərasimlərilə bağlı QMİ-nin fitva verdiyini xatırladan qurumun əməkdaşı sabah keçiriləcək mərasimlərlə bağlı tövsiyələrin də verildiyini söylədi: “Məscid və ziyarətgahların axundlarına, imam-camaatlarına tövsiyə olunur ki, insanların İmam Hüseynə məhəbbət nümayiş etdirərkən sinə açıb zəncir vuraraq qan çıxarmasına, özlərinə xəsarət yetirməsinə rəvac verilməsin”.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov Aşura günü polis əməkdaşlarının gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklərini söylədi: “Aşura günü məscidlərə gələn vətəndaşlarımızın təhlükəsizliyinin nümunəvi şəkildə qorunması və ictimai asayişin etibarlı mühafizəsi üçün polis əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirəcəklər və əhalinin gur toplaşdığı yerlərdə, əsasən də məscidlərin ətrafında öz vəzifələrini yerinə yetirəcəklər”.
İçərişəhər “Cümə” məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu Aşura günü əzadarlıq məclislərinin olacağını bildirdi: “Hər il olduğu kimi, Aşuranın fəlsəfəsinin açıqlaması ilə bağlı söhbətlər aparılacaq, müxtəlif pirlərdə və ziyarətgahlarda əzadarlıq məclisləri təşkil ediləcək. Gün ərzində ziyarətgahlara da gedəcəyik. Ümumilikdə ötən ildən fərqli nə isə olacağını düşünmürəm”.
Bəs kütləvi tədbirlər üçün dini icmalardan meriyaya müraciət olunubmu?
Bakı Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi əlaqələr şöbəsinin müdiri Zaur Ramazanov bizə verdiyi açıqlamasında Aşura günü keçiriləcək kütləvi mərasimlərlə bağlı hasısa dini icmanın hələlik onlara müraciət etmədiyini söylədi: “Dini icmalar Qafqaz Müsəlmanları idarəsilə əlaqə saxlayıb və tədbirlərin harda keçiriləcəyini müəyyənləşdiriblər”.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Elif_87

28 Dekabr 2009 10:44

Sitat: UKA_86
 Allah razi olsun, butun namaz qilib dua edenlerin namazini duasini qebul etsin...Amin!!!

-Jasmin-

27 Dekabr 2009 20:34

Allah bütün şəhidlərə başda Kərbala şəhidləri olmaqla rəhmət eləsin

Nahid-19

27 Dekabr 2009 20:31

ALLAH butun muselmanlarin namazini,orucunu,dualarini qebul etsin gunahlarini baqishlasin....
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

Guller22

27 Dekabr 2009 15:32

Allah cumlemizin ibadetlerini qebul etsin.

Deviant

27 Dekabr 2009 14:09

Cox sag ol xebere gore! Allah her kesin ibadetlerini qebul etsin!

LP GIRL

27 Dekabr 2009 13:53

Sitat: EHLIKEF
Allah hamminin gunahlarini bagishlasin,dualarini qebul elesin... Allah butun dindarlarin ibadtderini ve namazlarini qebul elesin .... Allah hammiya komey olsun....

Sitat: m.Hesenzade
Allah hər kəsin dualarını qəbul etsin.

SaHiLDe_2_miz_

27 Dekabr 2009 13:21

tesekkur xeber ucun

UKA

27 Dekabr 2009 12:11

Allah razi olsun, butun namaz qilib dua edenlerin namazini duasini qebul etsin...
Amin!!!

_axmedov_

27 Dekabr 2009 11:06

ALLAH RAZI OLSUN QAQAM ALLAH HAMININ NAMAZINI DUASINI QEBUL ELESIN
--------------------
26 10 1992

MR.QARRI

27 Dekabr 2009 10:48

ALLAH RAZI OLSUN

EQZOTIKA

27 Dekabr 2009 08:23

Allah her kesin dualarin qebul etsin.Kimin ne gunahi varsa kecsin.

Ronnie_7

27 Dekabr 2009 00:52

Allah Köməyimiz olsun!
--------------------
"Mənim ən yaxın dostum, güzgüdür. Çün ki mən ağlayanda o gülmür!" give_hea

Vanessa

27 Dekabr 2009 00:50

Allah hər kəsin dualarını qəbul etsin.

EHLIKEF

27 Dekabr 2009 00:49

Ramin cox sagol xebere gore lap yerine dushtu ,mennen 5+

Allah hamminin gunahlarini bagishlasin,dualarini qebul elesin... Allah butun dindarlarin ibadtderini ve namazlarini qebul elesin .... Allah hammiya komey olsun....

m.Hesenzade

27 Dekabr 2009 00:47

Allah hər kəsin dualarını qəbul etsin.
--------------------
Qara Kitabın Xoş Xatirələri...

Dj KaMiL

27 Dekabr 2009 00:45

Allah hərkəsin dualarını, ibadətlərini qəbul etsin inşallah bu müqəddəs gündə...

SabishKa

27 Dekabr 2009 00:45

ALLAH hr ksin namazini v dualarn qbul etsin AMIN

LARACROFT

27 Dekabr 2009 00:38

Çox sağ ol Ramin xəbər üçün.
ALLAH hər kəsin namazini və dualarını qəbul etsin.
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...