Loading...
“Forsaj 7” Azərbaycanda çəkilir?

“Forsaj 7” Azərbaycanda çəkilir?

Loading...
Bakıda məşhur “Forsaj” filminin yeddinci hissəsinin Azərbaycan'da çəkilməsi barədə şaiyə yayılıb.

“Forsaj 7” Azərbaycanda çəkilir ?

Şəhəri yeni şaiyələr dalğası bürüyüb və insanlar arasında “Forsaj” filminin çəkilişləri ilə bağlı yeni söhbətlər yayılıb.

Bu şaiyələrin yayılmasına “Forsaj” filminin çəkilişlərindən bir fotoşəkilin həmin layihədə baş rolun ifaçısı, dünya kino ulduzu Vin Dizelin rəsmi səhifəsində yerləşdirilməsi səbəb olub.

Şəkildə Vin Dizel və filmin digər qəhrəmanlarının olduğu tikilinin üzərində aşağıdakı yazılı lövhə vurulub: “Uyarı. Heç vaxt tək başına suda və ya suya yaxın ərazidə işləməyin”.

Və əgər bu cümlədə birinci “uyarı” sözü türk dilində yazılıb və “xəbərdarlıq” deməkdirsə, ondan sonra gələn cümlə Azərbaycan dilindədir.

Məhz bu lövhə “Forsaj”ın növbəti hissəsinin Azərbaycanda yaxud da Türkiyədə çəkilməsi ilə bağlı şaiyələr doğurub.

Lakin şaiyələrin heç bir əsası yoxdur.

“Forsaj 7” filminin çəkilişləri Atlantada (ABŞ) keçirilir.

Vin Dizel hətta “Forsaj 7”nin ilk çəkiliş günündən videoçarx hazırlayaraq internetdə yerləşdirib və göstərdiyi dəstəyə görə fanatlarına təşəkkürünü bildirib.

Videoçarxda arxa planda həmin köşk görünür.

Qeyd edək ki, “Forsaj 7” filmi 2014-cü il iyulun 11-də işıq üzü görəcək. Filmin 7-ci hissəsində, 6-cı hissədə olduğu kimi Vin Dizel və Pol Uoker çəkilib.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Arizona

30 Sentyabr 2013 21:29

qarabag yaddan cixibey angry

_1D_

27 Sentyabr 2013 13:40

Lap yaxşı qoy gəlsinlər

Aidan

25 Sentyabr 2013 04:38

Jason Statham`ın Bakı`ya getməyi qəşəyy)
--------------------
Dream it.
Wish it.
Do it.

ToM RiDdle

24 Sentyabr 2013 22:15

Eger bu film burda cekilse azerbaycan bir az da ireli geder
--------------------
Tural Adrian ♥

Mr_RoCCo

24 Sentyabr 2013 19:33

Həmçinin Jason Statham da olacaq
--------------------
FaceBook
Instagram - ageelvevo

leyli 23

24 Sentyabr 2013 19:13

pis olmaz twk

inzagi

24 Sentyabr 2013 16:35

Cekiliwleri 5 mertebenin kruqunda apararlar))

LlLesiARe

24 Sentyabr 2013 12:24

lap yaxshi.... smile teshekkurler xebere gore