Loading...
Oğlunun sonsuzluğunu gizlətmək üçün gəlinini zorladı

Oğlunun sonsuzluğunu gizlətmək üçün gəlinini zorladı

Loading...
Oğlunun sonsuzluğunu gizlətmək üçün gəlinini zorladı


Göyçayda qaynata övladının sonzuluğunun gizlədilməsi üçün gəlinini zorlayıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, türkürpədici hadisə Göyçayın Qaraxıdır kəndində İbrahimovlar ailəsində baş verib...

Belə ki, həmin kənddə yaşayan 27 yaşlı G.İ 5 il bundan əvvəl həmin kənddə yaşayan Rəşid İbrahimovla el adəti üzrə ailə həyatı qurub. Lakin bu illər ərzində oğlanın sonsuzluq problemi olduğundan oğlanın atası Rauf İbrahimov gəlini min bir yolla aldadıb. Qaynata qızın gözünü qorxudaraq, daha doğrusu, ölümlə hədələyərək sonsuzluq sirrinin açmamasını və oğlunun el içində biabır olmamasını bildirərək, onu bir neçə dəfə zorlayıb. Qızın istəyi olmadan baş verən bu iyrənc proses onu dəfələrə özünə qəsd etməyə məcbur edib.

Nəticədə isə bundan xəbər tutan ər ailəsi hər vəcllə onun qarşısını alıb. Qızın sözlərinə görə, qaynatası tərəfindən zorlanan gəlin ilk gündən bunu qorxusundan valideynlərindən gizlətsə də, qaynanası Gülxar İbrahimovdan gizlətməyib. Olayı olduğu kimi ona bildirib. Lakin bundan xəbəri olan qaynana da qaynatanın hərərkətini ört-basdır edərək, oğlunun el içində sonsuz kimi biabır olmasını istəməyib.

G.İ.-nin sözlərinə görə, həttə qaynata və qaynana bu işi birlikdə görərək, ev-eşiyin əldən çıxmamasını və kənddə biabır olmamaq üçün gəlini dəfələrlə yola gətirməyə çalışıblar. Lakin buna dözə bilməyən gəlin, bir neçə dəfə özünə qəsd etmək istəyib. Gəlin hətta evdən qaçmağa da cəhd göstərib.

Bu sirrin üstünü açacağını deyən gəlindən qorxan qaynata onu psixologiyasında ciddi problemləri olan xəstə adı ilə avqustun 29-da atasının evinə göndərib.

Son vaxtlar övlad olmamasına görə, qızının səhhətində problemlər yaranıb. Onu başa düşürəm. Qoy, bir az sizdə qalsın özünü ələ alsın, sonra evə qaytaracam”, - deyə qaynata bildirib.

Hələ də baş verənləri anlamayan qızın atası və ailəsi elə həmin günün gecəsində qızın öz dilindən olanları öyrənə biliblər. Hətta qızın atası Süleyman Mahmudovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, ayın 16-da qızın özünü öldürmək üçün cəhd etdiyi binada onu xilas edib. Onun sözlərinə görə, qızı qaynataya bu sözləri deyirmiş. “Əclaf sən utanmırsan, həyatımı bitirdin. Gör öz qızın yaşdayam, mənim başıma hansı oyunları gətirdin. Bunu unutmayacam. Bu ləkə ilə sizin ailədə yaşaya bilmərəm. Utanın”.

Qızlarının zorlanmasından agah olan ailə dərhal rayon polis şöbəsinə şikayət ediblər. Hazırda iş istintaqda olsa da, yubanmalar və süründürməçilikdən ailə şikayətçidir.

Hadisə ilə əlaqədar, bütün kənd ayağa qalxaraq, Rauf İbrahimovun uzun illərdir məktəb direktorunun müavini işlədiyi Qaraxıdır kəndindən uzaqlaşmasını istəyir. Bununla bağlı kənddə bir neçə dəfə aksiya da olub. Polis şöbəsindən isə ailəyə hələ qızın keçdiyi tibbi ekspertizyanın rəyi olmadan istintaqa başlamayacaqlarını və qarşı tərəfin də tutarlı faktlarla sizi günahlandırdığını bildiriblər.

Qeyd edək ki, qız tibbi ekspertizdan keçib və ayın 10-na kimi cavabı gəlməli idi. Lakin cavab yubanır və İbrahimovlar ailəsi isə qızı əxlaqsızlıqda günahlandıraraq başına gələnlərdə qaynatanın günahı olmadığını bildiriblər. Qaynata məktəb direktor muavini, qaynana isə müəllimədir.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

uğur_baku

12 İyun 2014 16:44

ALLAH qızın köməyi olsun recourse

F_N

13 Sentyabr 2013 16:56

Aman Allah,iyrencliyin bu qederi???Allah uzaq elesin

Mələk

12 Sentyabr 2013 19:02

oğul hara baxırmış görəsən

Sweet

12 Sentyabr 2013 16:37

bu da azerbaycanin iyrenc vetendasii.... biz bezen ermenileri ya da basqa milletleri gunahlandirmamisdan qabaq bele iyrenc azerbaycanlilara irad tutmaliyiq!! bele azerbaycanliynan biz hec ermeni murdarlarindan geri qalmariq..... sonra da muselmanciliqdan dem vururuq budu muselmanciliq?!

just__love

11 Sentyabr 2013 23:42

ncnc nc ozude ziyali ailediler e .bu dunyanin axiri hara gedir goresen

❃FloRal❃

11 Sentyabr 2013 23:09

O qeder bele seyler oldu ki, adam daha demeye soz tapmir. Bu qayinatanin gozu donub, ele de vehsilik olar? !!Qizi dusunmeyib, da hec oglunuda mi dusunmur,ailesinide mi dusunmur!!!!
--------------------

***
❃❃❃

***

ms_dynamite

11 Sentyabr 2013 23:05

qaynatani tutasan surudesen kend icinde olene qeder ela olar...
--------------------
Bilərək qılmadığın Namaza "qəza" demə! Unutma bilərək maşının önünə atlayana "qəza" keçirtdi yox, "intihar" etdi deyirlər!

Səməd

11 Sentyabr 2013 21:11

Qaynata məktəb direktor muavini, qaynana isə müəllimədir.

olsunda beyem myellime ve muellimler hamisi terbieli olurlar?

БеЛосНежКа

11 Sentyabr 2013 19:51

dehwetdiyeee dilim agzimda qurudu tuklerim urperdi vijdansizlar..bu ne agilin sahibleridiler bele.hecne deemirem ama bulara Allah ele gozel ele agir ceza verecekki...offf esebimnen bilmireme ne deyem bele tecavuzleri gordukce olduresim gelir murdarlari..!!

SwAg VaMpIrE

11 Sentyabr 2013 19:45

eclaflar,vicdansizlar....!!!

hikmet75

11 Sentyabr 2013 18:48

GORESEN DAHA NE HOQQA QALMIYIB CIXARTMAYALAR... :((((((((((((

Gulka

11 Sentyabr 2013 18:41

vALLAh bilimirem ne deyim dilim aqzim qurudu nervi
--------------------
Təbəssüm hər zaman o, demək deyil ki, həmin insan xoşbəxtdir..... o ,deməkdir ki, o insan həddən artiq güclüdür....... give_hea

JR

11 Sentyabr 2013 17:35

Sitat: Mr.Mansur
Bura İran deyil Azərbaycanda Bura düzdü İndi hər kəs deyəcək ki Edam olsa yaxşı olar Amma edamla nə faydası Həmdə Edam Olsa Azərbaycan BMT-dən çıxacax!

bize BMT lazimdi?? yoxsa "insanlarin" insan olmasi?? men 2cini secerdim/

Sitat: İlkay
Cetin ki, ele bir wey ola 3, 4 il cekib cixacaq..

ele az ceza verirler ki veclerine olmur..cixib yene bildiklerini eliyirler :/

Mr.Mansur

11 Sentyabr 2013 17:30

Sitat: JR
olum cezasi yeniden berpa olsa mence azalar cinayetler qorxudan... adam oldurenlere, zorlayanlar olum cezasi dusmelidi!!

Bura İran deyil Azərbaycanda Bura düzdü İndi hər kəs deyəcək ki Edam olsa yaxşı olar Amma edamla nə faydası Həmdə Edam Olsa Azərbaycan BMT-dən çıxacax!
--------------------
Bəlkə gələrsən deyə,sol tərəfi keçmənçün boş saxladım

İlkay

11 Sentyabr 2013 17:17

Sitat: JR
İlkay,
olum cezasi yeniden berpa olsa mence azalar cinayetler qorxudan... adam oldurenlere, zorlayanlar olum cezasi dusmelidi!!

Cetin ki, ele bir wey ola 3, 4 il cekib cixacaq..

JR

11 Sentyabr 2013 17:14

deyirem de insanligin sonu catir ...

camaat manyaklasir ele bil... iyrenc insanlar!

İlkay,
olum cezasi yeniden berpa olsa mence azalar cinayetler qorxudan... adam oldurenlere, zorlayanlar olum cezasi dusmelidi!!

İlkay

11 Sentyabr 2013 17:09

Murdarliq, vijdansizliq baw alib gedire.. Insan iyrenire iyrenir! Alcagligin bu derecesimi yeni ? Tupurum o heyat yoldawinada qaynataninda tepesine vijdansiz alcaqlar! Bele weylere son qoyulmalidir! Indi hansi zamanedir ki sonsuzluga gore biabr olunur.. Belelerinin neyi var cezasini veresen belke bele murdarliga son qoyula!