Loading...
Rabil Rzayev ifadə verib

Rabil Rzayev ifadə verib

Loading...
Rabil Rzayev ifadə verib


Bir neçə gün öncə Bakıda yol qəzasında ölən Bakı Metropolitenin bələdçisinin nişanlısı, yol qəzasının şahidi olan polis serjantı Rabil Rzayev istintaqa ifadə verib.

Bu barədə APA-ya Suraxanı Rayon Polis İdarəsinin baş müstəntiqi Müşfiq Əliməmmədov məlumat verib. M.Əliməmmədov qeyd edib ki, avqustun 30-da rayon ərazisində Günay Məmmədovanın ölümü ilə nəticələnən yol qəzasının şahidi olan polis serjantı Rabil Rzayevin bu gün səhər saatlarında idarədə ifadəsi alınıb. Müstəntiq ifadənin məzmununu açıqlamaq istəməyib.

Hazırda faktla bağlı əməliyyat istintaq tədbirləri davam etdirilir.

Lakin APA-nın özəl mənbələrindən əldə etdiyi məlumata görə, Rabil Rzayev ifadəsində ölümündən əvvəl Günay Məmmədova ilə bir yerdə olduğunu təsdiqləyib. O bildirib ki, G.Məmmədovanı şəxsi avtomobili ilə yaşadığı evdən söhbət etmək üçün götürüb. Lakin yolda onların arasında mübahisə baş verib və geri dönüblər. Geri dönərkən G.Məmmədova israrla maşından düşmək istəyib və nişanlısı onun istəyini yerinə yetirib. Rabil Rzayev “aeroport yolu” ilə şəhərə tərəf hərəkət edirmiş, Günay Məmmədova həmin istiqaməti keçib, yolun digər tərəfində isə onu “BMV X-5” markalı avtomobil vurub.

R.Rzayev G.Məmmədovanın qəzaya düşdüyünü görüb. O, ifadəsində qeyd edib ki, maşından düşüb, yolu keçərək hadisə yerində toplaşanlardan birinə qızı tanıdığını deyib və ailəsinə məlumat vermək üçün G.Məmmədovanın atasının nömrəsini verərək hadisə yerini tərk edib. R.Rzayev ifadəsində hadisə yerini tərk etməsini G.Məmmədovanın ölümündən öncə onu ağır təhqir etməsi və çox əsəbi olması ilə əlaqələndirib.

Bakı Metropolitenində Polis Şöbəsinin rəis müavini Kamil Şirinovun APA-ya verdiyi məlumata görə, avqustun 30-da rayon ərazisində metropoliteninin bələdçisi Günay Məmmədovanın ölümü ilə nəticələnən yol qəzasının şahidi olan polis serjantı Rabil Rzayev 2011-ci ildən Bakı Metropolitenində xidmət aparır. K.Şirinov deyib ki, baş verən hadisədə R.Rzayevin günahının olub-olmaması Suraxanı rayon Polis İdarəsində aparılan istintaq tədbirlərinin nəticəsində məlum olacaq.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

LlLesiARe

11 Sentyabr 2013 13:58

ALLAH REHMET ELESIN YAZIQ QIZA

F_N

6 Sentyabr 2013 16:25

Dehwet,hec ureyi agrimiyibki niwanlisini vurub mawin.Boyuk wey eliyib,nomreni verib gedib

_Bella_

6 Sentyabr 2013 15:06

Diyirlər bəs kamera var orda baxsınlarda.. atasıda gündə bir söz diyir.. Allah rəhmət eləsin
--------------------
Qarşına "ümidlə" bax, arxana "şükürlə", yuxarıya "imanla", ətrafına" hörmətlə"...

ben ve sen

6 Sentyabr 2013 14:34

[bALLAH REHMET ELESIN ]

AILESINE SEBR

_BianKa_

6 Sentyabr 2013 14:20

Allah rehmet elesin... sad

Sebishko

6 Sentyabr 2013 13:49

Allah rehmet etsin...
--------------------
<3<3<3<3<3

Gulka

6 Sentyabr 2013 10:28

ALLAH rehmet etsin Ailesine sebr versin
--------------------
Təbəssüm hər zaman o, demək deyil ki, həmin insan xoşbəxtdir..... o ,deməkdir ki, o insan həddən artiq güclüdür....... give_hea

Just love me :)

5 Sentyabr 2013 23:41

Allah rehmet etsin!!!!!!...(((

aylin00

5 Sentyabr 2013 22:15

Allah rehmet etsin

christmas

5 Sentyabr 2013 21:47

gıza göre çox üzüldüm floral maşallah sene xeberlerin aşıb daşır

ngng

5 Sentyabr 2013 21:16

ALLAH rehmet elesin sad

ehlibeyt

5 Sentyabr 2013 21:00

hecne aanlamad

_ESMIRA_

5 Sentyabr 2013 19:52

bunlar kimdi men hec tanimiram bunlari.. ne