Loading...
Həyat

Həyat

Loading...
alt

Nə vaxtsa başa düşəcəksən ki,həyatda  heç vaxt xəyanət etməyən insanlar da olur.Elə insan ki,ona həmişə güvənə bilərsən, heç vaxt sənə arxadan zərbə vurmaz.Amma buna görə çoxlu xəyanətlərdən keçməli olacaqsan.

 

Nə vaxtsa başa düşəcəksən ki,xarici parıltı-daxili alovun qarşısında heç nədir.Çünki xaricdə olan nə  varsa bir gün yağış damcılarının altında yuyulub gedəcək.Daxildə olan alov həmişə yanacaq.Lap kiçik bir közü qalsa da-onu üfürsən yenidən alışacaq və səni isidəcək.Amma bunu başa düşənəcən çox aldanmalı  olacaqsan.

 

Nə vaxtsa başa düşəcəksən ki,həyatın boyu rastlaşdığın  formulların,aforizmlərin çoxu boşdur,mənasızdır,nə olsun ki gözəl səslənir.Adi söz yığınından başqa bir şey deyil.Ancaq o həqiqətlər vacibdir ki,sən ona özün çatmısan,öz gücünə güvənərək.Amma bunun üçün çox yalanlarla üzləşməli olacaqsan.

 

Nə vaxtsa başa düşəcəksən ki,xeyirxahlıq,səmimilik,sevgi,mehribanlıq və qayğı sənin daxili gücünü göstərir.Zəiflik əlaməti deyil.Amma buna əmin olmaq üçün çox zəiflərə dayaq durmalı olacaqsan.


Nə vaxtsa anlayacaqsan kİ, sevgi səni xəyallarla reallıq arasında saxlayan bir yoldur. O var olmayan,
amma varlığına hər zaman inandığımız bir məfhumdur. Və bir gün anlayacaqsan ki, qarşındakından səni sevirəm sözünü yox, sənə dəyər verirəm sözünü eşitmək daha böyük xoşbəxtlikdir.
Sevgi ötəri hisslərdir amma hörmət hər zaman vardır.
NƏ VAXTSA ANLAYACAQSAN KI O SƏNİ SEVMƏSƏ DƏ, SƏNƏ ÇOX BÖYÜK DƏYƏR VERİR!

 

Nə vaxtsa sən məni çağırmaq istəyəcəksən.Dözülməz dərəcədə.Bunu üçün xudpəsənliyini,lovğalığını adlayıb keçmək lazım gələcək.Qürurunu yox,lovğalığını.Və məni tapmaq.

 

Mən?Mən isə....

alt

1.İnsanın həyatda ən böyük düşməni-elə insan özüdür.

2.İnsanın həyatda etdiyi ən böyük axmaqlıq- yalan.

3.İnsanın həyatda ən böyük məğlubiyyəti-təkəbbür və lovğalıq.

4.İnsanın həyatında ən böyül kədəri-paxıllıq,həsəd.

5.İnsanın həyatda ən böyük səhvi-özünü itirməsidir.

6.İnsanın həyatda ən böyül günahı-naşükürlük və nankorluq.

7.İnsanın ən böyük təəssüfü-öz ləyaqətini alçaltma.

8. İnsanın ən böyük heyranlığı-yıxıldlqdan sonra ləyaqətlə qalxmağı bacarması.

9.İnsanın həyatda ən böyük itkisi-ümidlərini itirməsi

10.İnsanın həyatda ən böyük qazancı-sağlamlıq və sağlam düşüncə

11.İnsanın həyatda ən böyük borcu-səmimi hisslər

12.İnsanın həyatda ən böyük hədiyyəsi-mərdlik və alicənablıq.

13.İnsanın həyatda ən böyük çatışmamazlığı-anlamamaq,başqasını başa düşməmək

14.İnsanın həyatda ən böyük təsəllisi-xeyirxah işlər.


Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Kevin

21 Fevral 2009 11:31

Bu qız dahidiyeee rose qoy birinidə mən yazım xoşuna gəlsə əlavə edərsən.

Nə vaxtsa anlayacaqsanKİ, sevgi səni xəyallarla reallıq arasında saxlayan bir yoldur. O var olmayan amma varlığına hər zaman inandığımız bir məfhumdur. ve bir gün anlayacaqsanki, qarşındakından səni sevirəm sözünü yox, sənə dəyər verirəm sözünü eşitmək daha böyük xoşbəxtlikdir, sevgi ötəri hisslərdir amma hörmət hər zaman vardır. və NƏ VAXTSA ANLAYACAQSANKI O SƏNİ SEVMƏSƏDƏ, SƏNƏ ÇOX BÖYÜK DƏYƏR VERİR!
--------------------
Моя девушка ведьма

Kamran

21 Fevral 2009 11:16

TşK!

Vicente

21 Fevral 2009 11:04

Sagol