Loading...
Sonsuz ailənin aqibəti necə olur?

Sonsuz ailənin aqibəti necə olur?

Loading...
Sonsuz ailənin aqibəti necə olur?


Cütlüklər evlənəcəyi zamanda nə vaxt ürəyləri istəsə uşağa sahib ola biləcəklərini sanırlar. Halbuki, günümüzdə 100 ailədən 15-i istədikləri vaxtı körpəyə sahib ola bilirlər. Türk psixoloqu Yasemin Topçu, çoxu aillələr uşaqlarının olmayacaqlarını bildikdə süni mayalanmaya üz tutduqlarını bildirib. Ancaq bu süni mayalanma hər ailəyə də bu uşaq sevincini verə bilmir təəssüflər olsun. Bununla da kimisi əllərini üzən aillələr bu xəbəri psixoloji müalicəylə, kimisi də biri-birilərinə arxa dayaq olmaqla keçirir. Psixoloq Yasemin Topçu, belə bir misallar da çəkib: Bəzən uşağının olmayacağını bilən analar "Ay Allahım mən nə günah işlətmişəm ki, mənim uşağım olmur?" Başqaları hamilə qalır, mən niyə qala bilmirəm?" "Bəlkə də həkim yalnış diaqnoz qoyub" deyə özü özlərinə sual verirlər. Bəziləri də alkoqol içkilərə qurşanır, bütün günü ağlayır, siqaret çəkir, başqa həkimlərin müayinəsindən keçirlər. Bəzi ailələr də var ki, buna heç də əhəmiyyət vermirlər, bəziləri də var ki, müalicədən çıxmırlar. Ümumiyyətlə evlilər hər zaman həkim müayinəsindən keçməli və hər şeyin tədarükünü əvvəlcədən görnəlidirlər. Məsələn evlənmədən öncə müayinədən keçsələr daha yaxşı olardı. Həm özləri üçün, həm də gələcəkdə doğacaq olan körpələri üçün.
Əgər qadında problem varsa, o, müalicə olduğu zaman, həkimə gedib gəldiyi zamanlarda, ev işlərində və.s həyat yoldaşı ona yardımcı olmalı və onun könlünü xoş tutmalıdır.
Yox əgər problem kişidədirsə bu çox fərqli olur. Məsələn kişilər bu haqda danışmazlar, içlərində saxlayarlar. Qadınlar isə qaynana, bacı, dost, rəfiqə yanında özünü zəif görməyə başlayarlar. Qadının yükü nə qədər ağırda olsa o bu yükü daşımağa həmişə özündə güc tapır. Bəzən görürük ki, qadının yaşı irəlilədikcə müalicəyə cavab vermir. Bunu görən kişi isə daha gənc birisi ilə evlənir. Amma sonsuzluq əgər kişidədirsə qadınların boşanması çox az hallarda rast gəlinir.
Sonda onu demək istəyirəm ki, Allah heç bir xanımı uşaq həsrətiylə sınamasın. Hər evlərdən körpə ağlamasının səsi gəlsin. Amin!


Sonsuz ailənin aqibəti necə olur?

 

P.S.: Bəs sizin ailənizdə bu baş versə, xanımınızdan və ya yoldaşınızdan ayrılarsınızmı?
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Jenny J

18 May 2014 00:48

Məndə gələcəkdə həkimlərin dediyinə görə bu problem ola bilər ama ALlah köməyim olsun :(
--------------------
Wow man, this is weird on acid..



_Aymir_

9 Aprel 2013 22:20

Qeseng movzudu.
--------------------
Ağıllı bi təklik axmaq bi əlaqədən yaxşıdır; ya kralın yanında kraliça olarsan ya da soytarının yanında məsxərə! Tərcih sənin!

Faber Castell

29 Mart 2013 16:16

Allah verende verir vermeyendedeki vermirde

RAMIN-YK

28 Mart 2013 18:38

Sitat: Kristina
maraqli movzudur allah ovladi olmayan valdeyinlere ovlad nesib etsin

SwAg VaMpIrE

28 Mart 2013 16:04

TƏBİİ Kİ,YOXXXXXX cb beli

♣_EmRe AyDıN_♣

28 Mart 2013 15:45

Ne deyim mence sonsuzluq bir gunah deyildi bunun ne gunahligi var ki?

Aidan

28 Mart 2013 15:30

2 yolu var da. ya ailə dağılır, ya da uşaq götürüb baxıllar. 2ci daha yaxşıdı məncə
--------------------
Dream it.
Wish it.
Do it.

Eva_1

28 Mart 2013 14:52

BU haqqda konkret fikir demək olmaz çünki insanların psixologiyaları müxtəlifdi..BƏzi ailələrdə uşaq olsa belə o ailədə nə xoşbəxtlik var nədəki sağlam təməl.Elə də ailələr varki uşaq olmasa belə xoşbəxt olmaqlarına heç nə mane ola bilmir. Əsas 2 insanın qurduğu ailədə sağlam addım və düşüncə olmalıdı .Əlbətdəki bunu insanın özü düşünməlidir Çünki heç kimin başına zorla ağıl qoymaq olmur
--------------------

Kristina

28 Mart 2013 13:24

maraqli movzudur allah ovladi olmayan valdeyinlere ovlad nesib etsin

_LaDyLoVe_

28 Mart 2013 12:39

Mene ele gelir ki,insanlar sevib evlenseler de bir vaxt gelecek (uwaq olmasa) bezecekler.uwaq aileye xowbextlik.eylence getirir.Allah hamiya ovlad nesib etsin.AMIN!!!

Smiler

28 Mart 2013 12:14

maraqli idi tesekkurler

_LovelY_

28 Mart 2013 10:29

qeweng movzu idi tewekkurler xebere gore..
--------------------


Don't make me sad, Don't make me cry..

DonnA

28 Mart 2013 01:11

Qeseng movzudu.qonsumuz yadima dusdu ogluna seni dogduguma das dogaydim deyir :)
--------------------
Həyat ölümə qaçmaqdır əslində..

Dandoline

28 Mart 2013 01:02

Sitat: ★_EliSa_★
əgər sağalsa uşaqları olur sağalmasa uşaq evindən körpə uşaq övladlığa götürürlər...

Ya da ki, xestelik qadindadirsa, bosayib basqasiyla evlenirler, kisidedirse de, qadin sesini cixartmayib heyatini elece usaqsiz davam eleyir, ovladlig haqda sohbet salmaq isteyen kimi de agzinin ustunden shille yeyib yeniden kirimisce oturur..

★_EliSa_★

28 Mart 2013 00:26

bu xəstəlikdir... əgər uşaq olmursa oğlan da, qız da həkimə gedir və müayinədən sora xəstəliyin kimdə olduğu bəlli olur... sora həkim müalicə yazır... əgər sağalsa uşaqları olur sağalmasa uşaq evindən körpə uşaq övladlığa götürürlər... belə bilmiş bilmiş danışmağıma baxmıyn kinoda görmüşəm )))))

Mələk

27 Mart 2013 23:29

hmmm nə deyim valla ALLAH hamıya övlad nəsib etsin .AMİN!!!

Radiohead

27 Mart 2013 23:26

Xəbərin əsas səhifəsində ki sual məntiqsizdi. Çünki sonsuzluq günah yox xəstəlikdi. Qadındada ola bilər kişidədə.
--------------------
Tüpürün bu torpağa rədd olun gedin

Ben tanrı olsam, kadınların tecavüz edilişini izleyecek kadar zavallı olmazdım

Hırsızlık yapmayın çünki hükumet rekabetden hoşlanmaz

İlkay

27 Mart 2013 23:23

Men oz semimi fikrimi deyecem bilmirem bu nece qarwilanacaq amma deyecem.. Bir cox aileler varki aile heyati qurur ve sonda ovladlari olmur aqibeti ise bowanmaya sebeb olur.. Amma aileli olmamiwdan evvel bele bir sual versen ki eger ovladimiz olmasa neyleyersen deyilecek ki olmasinda men seni sevirem.. Amma coxsu ise uwaq olmadisa hecne gunu qara olacaqda o insanin tek heyat yoldawi terefinden yox o aile terefinden.. Amma bawa duwmurler ki, ay insanlar siz bu qizi aldiqda ve yaxud sevib aldiqda uwaq ucun almamisan aile heyati quranda uwaq var idi indi uwaq usde ailenizi dagidirsiz? Adama bunu deyerlere..Guyaki kim isdemez ki uwagi olmasin ? Hami bunu isdeyer, duzduye demirem uwaq da vacibdir tebiki amma bu o, demek deyilki eger uwaq yoxdursa aile heyati da dagilmalidir.. Bunu eden insanlarda mene cox qeribe gelir Vallah.. Nece deyim menasiz eger sen xowbextsense bucurde onu qebul etmelisen neceki aile heyati qurdugun vaxt uwaq yox idi ve cox xobwext idin indide ele olmalisan day uwaq olmur ve yaxud olmayacaq deye aileye son qoymaq olmaz bu cox guluncdur.. Tebiki menim fikrim idi, en esasi Allah hec bir evi uwagsiz etmesin Amin! Xeber ise cooox xowuma geldi coox sozler yaza bilerdim amma yeni qisa olaraq fikrimi bildirdim ki, bele olmaz, bugun yoxdur sabah olar yeterki sebr et ve gozle..