Loading...
Cinsi haqqlarınızı bilirsinizmi?

Cinsi haqqlarınızı bilirsinizmi?

Loading...

Cinsi haqqlar azadlığa, qürura və hər bir insan oğlunun bərabərliyinə söykənən universal insan haqqlarıdır.

Sağlamlıq ana insan haqqlarından biri olduğuna görə cinsi sağlamlıq da təməl bir insan haqqı olmalıdır.

 

Cinsi haqqlarınız bilirsinizmi?


Fərdlərin və cəmiyyətlərin cinsi sağlamlıqlarının inkişafının təmini üçün aşağıdakı cinsi haqqlar tanınmalı, təşviq edilməli, hörmət göstərilməli və cəmiyyətlər tərəfindən müdafiə olunmalıdır. Cinsi sağlamlıq bu cinsi haqqların tanındığı, hörmət edildiyi və tətbiq olunduğu mühitlərdə mümkündür.

1. Cinsi azadlıq haqqı
Cinsi azadlıq fərdlərin öz cinsi potensiallarını ifadə etmələrinə imkan verər.

Bu tərif cinsi basqının hər növünü, hər növ cinsi məcbur etmə, istismar və zorakılığı rədd edər və tərifi xaricində buraxar.

2. Cinsi otonomi, cinsi bütünlük və bədən təhlükəsizliyi haqqı
Bu haqq fərdin öz cinsi həyatı haqqında, öz fərdi və ictimai etiki çərçivəsində avtonom qərarlar alma gücünü ehtiva edər.

Bu haqq eyni zamanda işgəncə, yaralama və hər növ şiddətdən təmizlənmiş olaraq öz bədənimizi nəzarət etməmizə və zövq almamıza imkan tanıyar.

3. Cinsi mərhəmmiyət haqqı
Bu haqq başqalarının cinsi haqqlarına müdaxilə edilmədiyi müddətcə yaxınlaşma mövzusunda fərdi qərar vermə və davranma haqqını ehtiva edər.

 

Cinsi haqqlarınız bilirsinizmi?


4. Cinsi bərabərlik haqqı
Cinsiyyət, ictimai cinsiyyət, cinsi yönüm, yaş, irq, ictimai sinif, din və ya fiziki və zehni maneə güdülmədən heç bir ayrı-seçkilikçiliyə məruz qalmama haqqıdır.

5. Cinsi həzz haqqı
Cinsi həzz, otoerotizm də daxil olmaq üzrə fiziki, psixoloji, zehni və ruhi yaxşılığın qaynağıdır.

6. Cinsiliyin romantik ifadəsi haqqı
Cinsiliyin ifadə edilməsi, erotik zövqdən və ya cinsi hərəkətdən çox daha kənar bir anlayışdır.

Fərdlərin cinsiliklərini ünsiyyət, toxunma, romantik izahat və eşqlə ifadə etmə haqqı vardır.

7. Azadca cinsi əlaqələr meydana gətirmə haqqı
Bunun mənası, fərdlərin evlənib evlənməməkdə, boşanıb boşanmamaqda və hər cür cinsi əlaqəyə girib girməməkdə azad olduğudur.

8. Törəməklə əlaqədar azad və məsul seçki edə bilmə haqqı
Bu, uşaq sahibi olub olmamağı seçmə, uşaq sayına və hansı müddətdə olacağına qərar vermə, doğumun tənzimləməsi ilə əlaqədar bütün müalicələrə tam müraciət haqqını ehtiva edər.

9. Elmi araşdırmaya söykənən cinsi məlumat əldə etmə haqqı
Bu haqq, cinsi məlumatların elmi və etik araşdırmalar nəticəsi əldə edilmiş olması və cəmiyyətin bütün seqmentlərinə uyğun yollarla yayılması lazım olduğunu ifadə edər.

 

Cinsi haqqlarınız bilirsinizmi?


10. Əhatəli cinsilik təhsil haqqı
Bu doğumdan başlayaraq həyat boyu davam edən bir müddətdir və bütün ictimai təşkilatları əhatəlidir.

11. Cinsi sağlamlıq xidməti haqqı
Cinsi sağlamlıq xidmətləri, bütün cinsi qayğı, problem/sualın və pozuqluqların önlənməsi və müalicəsi üçün hər kəsə təmin edilmiş olmalıdır.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Aidan

3 Mart 2013 00:39

Ərgənlər hamsı indi elə maraxnan oxuyur ki xəbəri))
--------------------
Dream it.
Wish it.
Do it.

Səməd

2 Mart 2013 22:50

bos-bos seylerdi maraqsizdi yoo

Mələk

2 Mart 2013 22:42

mr_ GaGa
of nəbilim e sənə necə izah edim bu gərək sənin canında olsun.mentalitet söbəti deyil.nəysə spor etmiyək.ama yaxşı xəbərlərin olur doğurdan.məndə baxıb rəy bildirirəm qiymət verirəm.ama bəyənmiyəndə də deyirəmki bəyənmədim yalan yaza bilmərəm.bu da mənim fikrim.

Mələk

2 Mart 2013 22:13

mr_ GaGa
yox mən bunu danmıram əsla.hətta elə maraqlı xəbərlərin olurki mən 5+ verirəm heç müəllifə baxmıram.ama hərdən bu ölkəyə və insanlarına aidiyyatı olmayan xəbələrin doğurdan maraqsı cansıxıcı gəlir.bir anlıq hərşeyi unudub xatırlaki bura Azərbaycandı.və sən əyənməsən də bu ölkədə yaşayırsan.

Mələk

2 Mart 2013 20:48

Sitat: Crisellux

Eledirse uzr isteyirem sizden sadece menim yazdigim serhin altinda yazilmisdi.

Allah bağışlasın.olur da yanlış anlaşılmalar.sözüm sizə deyildi sadəcə sizdən sitat gətirib kinayəli bir şərh yazmışam.

Crisellux

2 Mart 2013 20:12

Mələk,


Eledirse uzr isteyirem sizden sadece menim yazdigim serhin altinda yazilmisdi.

Mələk

2 Mart 2013 20:01

Sitat: Mələk
özün ağıllı müasir hesab edən əslində isə cahil olan insanlar bu xəbəri çox yaxşı başa düşür.

bu sözləri sizə ünvanlamamışam yiyəsi götürdü.şərhimi diqqətlə oxuyun zəhmət deyilsə.

Sitat: Crisellux
Bizde bele seylerin limiti var.Ona gore de bu cinsi haqlar hec kime lazim deyil. Bura Avropa deyilki

tam da mənim demək istədiyim sözlərdi.

Crisellux

2 Mart 2013 19:54

Mələk,


Belke basqalarinin serhine sen mudaxile edirsen? Esas da menim yazdigim serhlere. Indi men her defe izah etmeliyem ki, basa dusesiniz? Muellif hansisa xarici saytdan kopyalayib. Cinsi haqlar dedikde, cox seyler nezerde tutulur. Hansi ki, bizim yasadigimiz olkede bu demek olar mumkunsuzdu. Herseyi aciq yazmaga ehtiyac yoxdu. Evvel xeberi diqqetle oxu. Bizde bele seylerin limiti var.Ona gore de bu cinsi haqlar hec kime lazim deyil. Bura Avropa deyilki

♕ mr_ GaGa ♕,

Sende herseyi bilirsen axi.....

Mələk

2 Mart 2013 19:33

Sitat: ♕ mr_ GaGa ♕
Düz deyirsiz sizin kimi insanlar öz haqqlarını bilmir qalmışdı cinsi haqqlarını nəyinizə lazım sizi gərək başınızdan vurub çörəyinizi əlinizdən alsınlar

sizi kimi insanlar nədi e.hərə öz fikrin bildirib kimisinə lazımlı kiminə də lazımsız gəlir.bəsdi də az müdaxilə et camaatın fikirlərinə.ancaq öz qoyduğun xəbərləri tərifləmə qoy bunu camaat desin.demirsə deməli maraqsızdı və bunu qəbul et

Sitat: Crisellux
Bu kime lazimdi axi?

ooo elə demə axı biz burda yazılanları anlamırıq.biz geridə qalmışıq.ama özün ağıllı müasir hesab edən əslində isə cahil olan insanlar bu xəbəri çox yaxşı başa düşür.

Crisellux

2 Mart 2013 18:17

Bu kime lazimdi axi?

Mələk

2 Mart 2013 15:46

l
azımlı dəyərli bir məsləhət görmədim bu xəbərdə.boş boş şeylərdi. yoo

Diloş

2 Mart 2013 14:57

İnsan haqqları ,azadlıq bunlar düz əmlli həyata keçdimi ki cinsi haqqlarda keçsin .Dildə söz sadəcə :)) Kef eliyin :D

Ask yok

2 Mart 2013 14:38

Bekarlar hemen kaçın burdan
haha

ALI_HESENOV

2 Mart 2013 11:56

MARAQSIZDI yeriyox

U_Smile

2 Mart 2013 11:51

Hmm....Maraqli weyler yazilib

Eva_1

2 Mart 2013 11:47

11. Cinsi sağlamlıq xidməti haqqı
Cinsi sağlamlıq xidmətləri, bütün cinsi qayğı, problem/sualın və pozuqluqların önlənməsi və müalicəsi üçün hər kəsə təmin edilmiş olmalıdır.==nikah üçün bu qanuna belə yazılıb deyəsən
--------------------

JoKeR

2 Mart 2013 11:02

5. Cinsi həzz haqqı

upss lol