Loading...

Kişilərin bəyəndiyi 7 saç modeli
Maraqlı
- 05 Mart, 2013
- 25 607 Baxış
Loading...

Sizin sevdiyiniz saçları kişilər bəyənirmi? Gözəl görünən saçlar əldə etmək üçün bəzən saatlarla məşğul olarıq.
Halbuki kişilər böyük məşğuliyyətlər nəticəsində əldə etdiyimiz modelləri çox vaxt bəyənməz.
Buyurun kişilərin qadınlarda ən çox xoşuna gələn 7 saç modeli...
Uzun iri dalğalar: Kişilər çox əziyyət çəkilməmiş saçlara və saçlarda su dalğalarına huşlarını itirirlər.
Kişilərin ən çox bəyəndiyi bu saçlara qovuşmaqsa olduqca sadədir.
Düz saçlara sahibsinizsə, saç maşanızla böyük dalğalar əldə edə bilərsiniz.

Sadə atquyruğu: Kişilər bəyəndikləri qızın saçlarını oxşamaqla yanaşı, üzünün bütün detaylarını ortaya çıxaran yuxarıdan toplanan sadə atquyruğu modellərini çox sevirlər. Möhkəm və hündür bir atquyruğu, sizin ən cazibədar tərəfinizi ortaya çıxarar.

Təbii toppuzlar: Təbii toppuzlar kişilərə daim seksual gələn saç modelləri arasındadır.

Qabarıq seksual saçlar: Qabarıq və dağınıq saçlar da kişilərə cazibədar gələn saçlardandır.
Xüsusilə kölgəli göz makiyajı ilə birləşdiyində bu dağınıq görünüş seksual bir forma alar.
Bu modeli saç köpüyü köməyi ilə də əldə etmək mümkündür.

Üzü bağlayan saçlar: Saçlarınızın qatlı kəsimləri, parlaqlığı və üzünüzün önünə düşən saçlarınız kişilərin ən sevdiyi modellərin başında gəlir.

İki quyruqlu modellər: Saçınızı iki yana möhkəmcə yığıb sıx bir toppuz yaradaraq bu simpatik görünüşə qovuşa bilərsiniz.
Kişilər bəzən əyləncəli saç modelləri ilə diqqət çəkən qadınları sevər.

Qısa dalğalı saçlar: Yataqdan qalxdığı kimi görünən saçları sevənlər də çoxdur.
Təbii, bu dediyimiz qısa saçlarda daha da xoş olar.
Qıvrımları iç içə keçmiş kimi görünən qısa saçlara heyrandırlar.

Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...