Loading...
Bəlkə...

Bəlkə...

Loading...
Bəlkə...

 

Bəlkə, ALLAH səhv insanlarla tanış olmamızı istədi; doğru insanı tanımadan əvvəl, beləcə ən sonunda doğru insanla tanış olduğumuzda, bu hədiyyənin nə uca olduğunu anlamağımız üçün.

Bəlkə, xoşbəxtlik qapısı bağlandığında, başqası açılır, lakin belə zamanlarda bağlanan qapıya elə uzun baxarıq ki, bizim üçün açılan digər qapını görmərik belə.

Bəlkə, ən yaxşı yoldaşlıq, yellənən bir kresloda birlikdə yelləndiyiniz, tək bir söz etmədiyiniz, və gedərkən bunun həyatınızdakı ən yaxşı söhbət olduğunu düşündüyünüz kəslərdə gizlidir.

Bəlkə, əlimizdə olanın qiymətini itirdiyimizdə anladığımız doğru ola bilər, lakin əlimizə gələnə qədər nələr qaçırdığımızın fərqinə çata bilmədiyimiz də doğrudur.
Birinə sevginizin bütününü təqdim etmək, əsla sizi də eyni şəkildə sevəcəyinin zəmanəti deyil.

 

Bəlkə...

 

Sevgiyə qarşılıq gözləməyin; Yalnız sevginin qarşıdakının ürəyində böyüməsini gözləyin; lakin olmazsa da, sizin ürəyinizdə böyüdüyünə əmin olun.
Birinə vurulmaq üçün bir an yetərlidir, birindən xoşlanmaq bir saat və birini sevmək üçün də bir gün yetərlidir, amma birini unutmaq isə bir ömür davam edər.

Görünüşə aldanmayın; aldadıcı ola bilər. Zənginliyə aldanmayın; yox olub gedə bilər. Sizi güldürən birini seçin çünki qaranlıq bir günü işıqlandıran şey bir gülümsəmədir.

Ürəyinizi gülümsədə bilən birini tapın.

 

Bəlkə...

 

Elə zamanlar vardır ki, bəzən biri üçün elə çox darıxarsınız ki, onu xəyallarınızdan çıxarıb, gerçək həyatda qucaqlamaq istəyərsiniz. Xəyal etmək istədiyiniz şeyi xəyal edin, getmək istədiyiniz yerə gedin, olmaq istədiyiniz adamla olun, çünki yaşaya biləcəyiniz tək bir həyatınız var və bütün bunları edə bilmək üçün tək bir şansınız var.

Sizi şirin edəcək qədər yetərli xoşbəxtliyiniz olsun, güclü edəcək qədər acı təcrübəniz, insan edəcək qədər hüznünüz və sizi xoşbəxt etməyə çatacaq qədər ümidiniz olsun.

Ən xoşbəxt kəslər, hər şeyin ən yaxşısına sahib olanlardır.

Hər şeyin ən yaxşısına sahib olmanız ümidi ilə...
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Devilest_Love

25 Yanvar 2013 19:47

xebere gore twk

Mr.HəSəN

25 Yanvar 2013 19:29

HMMM XBERE GORE TWK

_LovelY_

25 Yanvar 2013 18:51

Elə zamanlar vardır ki, bəzən biri üçün elə çox darıxarsınız ki, onu xəyallarınızdan çıxarıb, gerçək həyatda qucaqlamaq istəyərsiniz. Xəyal etmək istədiyiniz şeyi xəyal edin, getmək istədiyiniz yerə gedin, olmaq istədiyiniz adamla olun, çünki yaşaya biləcəyiniz tək bir həyatınız var və bütün bunları edə bilmək üçün tək bir şansınız var.

Sizi şirin edəcək qədər yetərli xoşbəxtliyiniz olsun, güclü edəcək qədər acı təcrübəniz, insan edəcək qədər hüznünüz və sizi xoşbəxt etməyə çatacaq qədər ümidiniz olsun.

Ən xoşbəxt kəslər, hər şeyin ən yaxşısına sahib olanlardır.

zor yazilib)
--------------------


Don't make me sad, Don't make me cry..

Leyy.

25 Yanvar 2013 02:16

super.düzünü desem teccublendim muellifin bu cur xeberlerine rast gelmemiwdim.

gulya91

25 Yanvar 2013 00:27

3cu yazilan sozler daha duzgundu.

Kleopatra

24 Yanvar 2013 23:46

Bəlkə, xoşbəxtlik qapısı bağlandığında, başqası açılır, lakin belə zamanlarda bağlanan qapıya elə uzun baxarıq ki, bizim üçün açılan digər qapını görmərik belə.Sizi şirin edəcək qədər yetərli xoşbəxtliyiniz olsun, güclü edəcək qədər acı təcrübəniz, insan edəcək qədər hüznünüz və sizi xoşbəxt etməyə çatacaq qədər ümidiniz olsun. bu fikirlərlə tam razıyam əla xəbər idi təşəkkürlər good

Aidan

24 Yanvar 2013 23:05

Elə zamanlar vardır ki, bəzən biri üçün elə çox darıxarsınız ki, onu xəyallarınızdan çıxarıb, gerçək həyatda qucaqlamaq istəyərsiniz.

Kaş bu cümləni yazmasaydın.
--------------------
Dream it.
Wish it.
Do it.

DonnA

24 Yanvar 2013 21:18

Görünüşə aldanmayın; aldadıcı ola bilər. Zənginliyə aldanmayın; yox olub gedə bilər. Sizi güldürən birini seçin çünki qaranlıq bir günü işıqlandıran şey bir gülümsəmədir.


nə gözəl qeyd edilib.ama bir həqiqət də var ki qadın onu ən çox ağladını sevir dəyərli bilir.Ramiz Rövşən də dediyimi ki :Göz yaşları yuduqca baş daşını qəbrində qurcalanıb,deyəcəksən: ilahi İllər boyu ağlatdığım bu qadın görən necə saxlayıbdır bu qədər göz yaşını?..
--------------------
Həyat ölümə qaçmaqdır əslində..

Incir Receli

24 Yanvar 2013 18:17

Sevgiyə qarşılıq gözləməyin; Yalnız sevginin qarşıdakının ürəyində böyüməsini gözləyin; lakin olmazsa da, sizin ürəyinizdə böyüdüyünə əmin olun.
Birinə vurulmaq üçün bir an yetərlidir, birindən xoşlanmaq bir saat və birini sevmək üçün də bir gün yetərlidir, amma birini unutmaq isə bir ömür davam edər.

Görünüşə aldanmayın; aldadıcı ola bilər. Zənginliyə aldanmayın; yox olub gedə bilər. Sizi güldürən birini seçin çünki qaranlıq bir günü işıqlandıran şey bir gülümsəmədir.

Ürəyinizi gülümsədə bilən birini tapın.

superdi beyendim

ADELE

24 Yanvar 2013 17:55

xəbər əladı. hər kəlimə ilə razıyam.." Birini untmaq bir ömür davam edər"
--------------------
Hatasız Kul Olmaz

Crisellux

24 Yanvar 2013 17:03

yaşaya biləcəyiniz tək bir həyatınız var və bütün bunları edə bilmək üçün tək bir şansınız var.


Men bele fikirlesmirem, elbette her insanin bir heyati var, amma bu o demek deyilki her seyi etmek ucun yalniz bir sansimiz. Bezen tek bir shansin olsada bezen eline defelerle boyuk fursetler dusur. Eger sen bunlarin hec olmasa 1 den istifade ede bilmirsen se, gunahi heyatda axtarmaq lazim deyil...

NICKY

24 Yanvar 2013 16:49

Görünüşə aldanmayın; aldadıcı ola bilər. Zənginliyə aldanmayın; yox olub gedə bilər. Sizi güldürən birini seçin çünki qaranlıq bir günü işıqlandıran şey bir gülümsəmədir.

Ürəyinizi gülümsədə bilən birini tapın.


ela xeberdi.tewekkur muellife
--------------------
♡♡♡

_Angel_

24 Yanvar 2013 16:37

Ürəyinizi gülümsədə bilən birini tapın.

tapmiwam love
--------------------
Heçnə yox, bircə göz yaşlarımı sənə haram etsəm, CƏNNƏT xəyalın olar!

Ask yok

24 Yanvar 2013 16:31

Bəlkə, ALLAH səhv insanlarla tanış olmamızı istədi; doğru insanı tanımadan əvvəl, beləcə ən sonunda doğru insanla tanış olduğumuzda, bu hədiyyənin nə uca olduğunu anlamağımız üçün.

Allah bizi sevdiyimizdən layiq olmadığımız üçün deyil,ondan daha yaxşılarına layiq olduğumuz üçün ayırır..Hər çətin günün bir mükafatı var..Xoşbəxt olmaq üçün əzabın nə olduğunu bilməlisən

PeTTy

24 Yanvar 2013 16:12

Birine vurulmaq üçün bir an yeterlidir,birinden xoşlanmaq bir saat ve birini sevmek üçün bir gün yeterlidir.
Görünüşe aldanmayın;aldadıcı ola biler.
Zenginliye aldanmayın yox olub gede biler.
Sizi güldüren birini seçin çünki qaranlıq bir günü işıqlandıran bir şey gülümsemedir.
Üreyinizi gülümsede bilen birini tapın.
.........
Ela yazıdı,axıra kimi fasilesiz oxudum.

VeNTilabis_GaGa

24 Yanvar 2013 15:59

Bəlkə, ALLAH səhv insanlarla tanış olmamızı istədi; doğru insanı tanımadan əvvəl, beləcə ən sonunda doğru insanla tanış olduğumuzda, bu hədiyyənin nə uca olduğunu anlamağımız üçün.


Tamamı ilə razıyam
--------------------
Dance Sex Art+PoP

ben ve sen

24 Yanvar 2013 15:46

sevdiyinizden hec vaxt qarsiliq gozlemeyin bir halda olar o size oz sevgisini deyenden sonra onu sevmisinizse onda qarsiliqli sevgi olar

_BianKa_

24 Yanvar 2013 15:16

Sevgiyə qarşılıq gözləməyin; Yalnız sevginin qarşıdakının ürəyində böyüməsini gözləyin; lakin olmazsa da, sizin ürəyinizdə böyüdüyünə əmin olun.

Mr_RoCCo

24 Yanvar 2013 13:49

Sitat: hecne ebedi deyil
ellerine saglik bu gun ters kowe yaptin bize mence heckes sennen bele xeber gozlemezdi hec ne vaxtsa bele xeber qoymusaaan?

Çox sağol, aha çox olub
--------------------
FaceBook
Instagram - ageelvevo

Resad_Mamedov

24 Yanvar 2013 13:44

Ele bezen de insani yashadan ele "belke"leri dushunmekdi.Belke de her shey daha ferqli olardi.Amma belke de...

hecne ebedi deyil

24 Yanvar 2013 13:38

Birini unutmaq asan deyil ama hamiycun bu bele deyil,illerini verdiyin birini nece unudasanki,ne olursa olsun her hansisa hereketi,guluwu baxiwi yadina duwur... Ama o keski seni bawqasiyla alladir demek ki o hec sevmeyib!! Eger duwunursunuzseki belke pewmandir sef edirsiniz o indi tamam bawqa biriynendir ve belkede cox xowbextdir sizde onu duwunmeden heyatiniza davam edin
birde onu duz deyirsen bir weyin olmasini bezen o qeder istiyirikki hec duwunmurukku belkemde bu hec menimcun xeyirli olan deyil etrafimizda olan yaxwi weyleri gormuruk bizimcun en xeyirlisini gormuruk
ellerine saglik bu gun ters kowe yaptin bize mence heckes sennen bele xeber gozlemezdi hec ne vaxtsa bele xeber qoymusaaan?

Mr.Mansur

24 Yanvar 2013 13:16

Sitat: İlkay
Belke bu belkeler insani coox uzaglara aparir heqiqetende.Meni wirin edecek qeder xowbextliyim var cooox Wukur Allahima amma sevgi wirinliyini yawamamiwam deye bilmerem :) Elimizde olanin qiymetini bilmeliyik heqiqetende men dunen Joyda bir insanla daniwmirdim amma ferqine vardim ki,bugun burda varam sabah yox caliwim ki hec kimseyle kuslu olaraq getmeyim ve bunu bacardim isdemedim kimse uzulsun odur ki her weyin deyerini bilek sonra gec ola biler.Yazi ise bir sozle supper ellerin derd gormesin..

Elə Bəlkələrdi İnsanın başına oyun açan Şükür o bəlkələrnən işim yoxdu Xəbərə görə Təşəkkürlər )))
--------------------
Bəlkə gələrsən deyə,sol tərəfi keçmənçün boş saxladım

İlkay

24 Yanvar 2013 13:07

Belke bu belkeler insani coox uzaglara aparir heqiqetende.Meni wirin edecek qeder xowbextliyim var cooox Wukur Allahima amma sevgi wirinliyini yawamamiwam deye bilmerem :) Elimizde olanin qiymetini bilmeliyik heqiqetende men dunen Joyda bir insanla daniwmirdim amma ferqine vardim ki,bugun burda varam sabah yox caliwim ki hec kimseyle kuslu olaraq getmeyim ve bunu bacardim isdemedim kimse uzulsun odur ki her weyin deyerini bilek sonra gec ola biler.Yazi ise bir sozle supper ellerin derd gormesin..

Eva_1

24 Yanvar 2013 13:03

Bəlkələr bitməz
--------------------

JoKeR

24 Yanvar 2013 13:02

Birinə vurulmaq üçün bir an yetərlidir, birindən xoşlanmaq bir saat və birini sevmək üçün də bir gün yetərlidir, amma birini unutmaq isə bir ömür davam edər.

ehh recourse

Nina Guney

24 Yanvar 2013 12:45

Ən xoşbəxt kəslər, hər şeyin ən yaxşısına sahib olanlardır.
Bunun ferqine varmaq ozu xosbextlikdir....
--------------------
Olmursa olmur...Vardır Allah'ın bir
bildiyi. Üsyan etmə, sonradan anlayarsan sənin üçün edilən yaxşıliğı.'
- Hz. Muhammed (s.a.s.)

Mr_RoCCo

24 Yanvar 2013 12:42

Sitat: _Bella_
Yazı özünə məxsusdu ?

Tam olaraq yox bəzi əlavələr etmişəm
--------------------
FaceBook
Instagram - ageelvevo

forget-me-not

24 Yanvar 2013 12:39

Bəlkə, əlimizdə olanın qiymətini itirdiyimizdə anladığımız doğru ola bilər, lakin əlimizə gələnə qədər nələr qaçırdığımızın fərqinə çata bilmədiyimiz də doğrudur.
--------------------
Həyat bir imtahandır, amma digər imtahanlara çox bənzəməz; bəzən etdiyin bir səhv, bütün doğrularını apara bilər.

A_K

24 Yanvar 2013 12:25

Hər şeyin ən yaxşısına sahib olmanız ümidi ilə...
Thank You
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

_Bella_

24 Yanvar 2013 12:16

Görünüşə aldanmayın; aldadıcı ola bilər. Zənginliyə aldanmayın; yox olub gedə bilər.

good

İnşAllah hər kəsin xəyalları gərçək olar :/ Məni xoşbəxt edən insanlar ətrafımdadı..Helə sevgi xoşbəxtliyi yaşamamışam :)


Yazı özünə məxsusdu ?
--------------------
Qarşına "ümidlə" bax, arxana "şükürlə", yuxarıya "imanla", ətrafına" hörmətlə"...