
Bədənin davamlılığını artıran 8 qida
- 22 Yanvar, 2013
- 16 411 Baxış

1) İspanaq:
İspanaq bədənin dayanıqlılığını artırır və bədənə qüvvət verir. Yaşlılıqla bağlı öyrənmə çətinliklərini aradan qaldırar. İspanaq, qan azlığına yaxşı təsir etməsilə yanaşı həmçinin xərçəng, ürək və damar xəstəlikləri ilə soyuq dəyməyə qarşı da faydalıdır.
2)Qara turp:
Qara turp çətinliyi aradan qaldırar, yuxusuzluğa çarədir. Kişilik gücünü artırar. Xərçəng xəstələrinə yardımcı olar. Şişlərin inkişafının qarşısını alır. Qan təmizləyici xüsusiyyətindən dolayı qara turp allergiyalı xəstələrə də kömək olur. Sidik yollarındakı və böyrəklərdəki daşların düşməsini asanlaşdırır. İştah açar.
3) Qansızlığa günəbaxan bitkisi:
Günəbaxanın toxumları olan tumlar, damar sərtliyini aradan qaldırmağa kömək edir. Xüsusilə xəstələrin və inkişaf dövründəki uşaqların ehtiyac duyduğu bir çox zülal, vitamin və mineralları özündə cəmlədiyi üçün yaxşılaşmanı sürətləndirər. Qan azlığını da aradan qadırar.

4) Portağal:
C vitamini anbarı olan portağal bədəni və immunitet sistemini gücləndirər. Damar sərtliyini və tutulmalarının qarşısını alan portağal ürək və damar xəstəlikləri ilə xərçəngə qarşı qoruyucudur. Qrip və öskürək kimi soyuqdəymə xəstəliklərinə yaxşı təsir edir. Qaraciyəri işlədir. Bədəndəki zərərli maddələri təmizləyir.
5) Razyana:
Razyananın toxumları zülal və yağ baxımından zəngindir. Bədəni rahatlaşdırar. Sakitləşdirici təsiri ilə ağrıları azaldır. Ana südünü artırır. Qan azlığını aradan qaldırmaq üçün yaxşı vasitədir. Ürək xəstəlikləri və revmatizmaya faydalıdır. Cinsi gücü artırar. Aybaşı pozulmalarını və çətinliyini aradan qaldırar.

6) Ürəyin dərmanı bal:
Bal antibakterial təsirə malikdir. Həzmi asanlaşdırır və mədədəki artıqlıqları ixrac edir. Qan artırma xüsusiyyətilə yanaşı gümrahlıq verməsiylə ürək xəstələrinə faydalıdır.
7) Çobanyastığı bitkisi:
Çobanyastığı çiçəyi, yarpaqları və kökləri A və C vitamini baxımından zəngindir. Çobanyastığı yağı dəri iflici və dəri xəstəliklərində olduqca faydalıdır. Çobanyasyığı bitkisinin qoxusu baş ağrısını azaldır. Sıyıq halına gətirilib yaralara sürtüldükdə sağalmanı asanlaşdıracaq.

8) Akasya:
Akasya ağacının çiçəkləri və yarpaqları qurutularaq istifadə olunur. Quru akasya yarpağı qaynadılıb içilsə bədəni tərlədir və soyuq dəyməyə qarşı yaxşı təsir edir. Akasya çiçəyi suda qaynadılaraq, bədəni rahatlaşdıran və zehni yorğunluğu aradan qaldıran akasya çayı əldə edilir. Nəfəs darlığını aradan qaldırar və astma şikayətlərini azaldar.